DÜNYA
2 dəqiqə oxuma
Qurban bayramı ərəfəsində İsrail yenə fələstinlilərin qanını axıtdı
İsrail hava hücumları nəticəsində Qəzzada doqquz fələstinli öldürüldü, izdihamlı alış-veriş rayonları və köçkün ailələrin yaşadığı çadırlar hədəf alındı
Qurban bayramı ərəfəsində İsrail yenə fələstinlilərin qanını axıtdı
İsrail Qəzzada yaşayış binalarına və bazar ərazilərinə ölümcül zərbələr endirməklə atəşkəs pozuntularını intensivləşdirir. / AA

Səhiyyə mənbələri İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarında daha üç fələstinlinin öldüyünü, bununla da Qurban bayramı ərəfəsində, mayın 26-da həyatını itirənlərin sayının doqquza yüksəldiyini bildirib. Hücumlar qüvvədə olan atəşkəsin pozulması fonunda baş verib.

Hücumlar zamanı dükanların yerləşdiyi bir yaşayış binası, Qəzza şəhərinin ən izdihamlı ticarət bölgəsindəki başqa bir binanın damı, mülki avtomobil və Qəzzanın mərkəzi ilə cənub hissələrində mülki şəxslərin toplaşdığı nöqtələr hədəf alınıb.

Son hücumda İsrail hərbi təyyarələrinin Qəzza şəhərinin qərbindəki cənub Rimal məhəlləsində bir yaşayış binasını vurması nəticəsində aralarında bir qadının da olduğu üç fələstinli ölüb, 20 nəfər yaralanıb.

Şahidlər İsrail hərbi təyyarələrinin binaya bir neçə raket atdığını və ərazidə ciddi dağıntılara səbəb olduğunu söyləyiblər.

Mənbələrə görə, Rimal məhəlləsində bir yaşayış binasının damını hədəf alan digər İsrail hücumunda daha beş fələstinli yaralanıb.

Partlayışlar nəticəsində avtomobillər kül oldu

Bundan əvvəl Qəzzanın cənubundakı Xan Yunisin qərbində mülki avtomobili hədəf alan hücumda iki fələstinli ölüb, çox sayıda insan yaralanıb.

Səhiyyə mənbəsi iki nəfərin nəşinin Nasir Tibb Kompleksinə ağır dərəcədə yanmış halda gətirildiyini və şəxsiyyətlərini dərhal müəyyən etməyin mümkün olmadığını bildirib.

Şahidlər İsrailə məxsus PUA-nın Xan Yunisdəki Əl-Məvasi bölgəsində mülki bir avtomobili hədəf aldığını qeyd ediblər.

Daha əvvəl isə Qəzzanın mərkəzi hissəsindəki Əl-Məqazi qaçqın düşərgəsinin şərqində mülki şəxslərin toplaşdığı nöqtəni hədəf alan İsrail hücumunda dörd fələstinli həyatını itirib.

Səhər radələrində Xan Yunisdə məcburi köçkünlərin çadırlarının hədəf alınmasından sonra fələstinli bir qadın İsrail ordusunun açdığı atəşlə yaralanıb.

Eyni mənbə daha sonra, mayın 25-də Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsində məcburi köçkünlərin qaldığı Qays düşərgəsini hədəf alan İsrail hücumunda yaralanan 14 yaşlı bir qız uşağının vəfat etdiyini açıqlayıb.

Sözügedən hücumda daha əvvəl biri uşaq olmaqla iki fələstinli qadın ölmüş, əksəriyyəti uşaq və qadın olmaqla 30 nəfər yaralanmışdı.

Şahidlər, həmçinin İsrail hərbi gəmilərinin Rəfah və Xan Yunis sahillərinə doğru atəş açdığını, ilkin məlumatlara görə xəsarət alan olmadığını bildiriblər.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabr ayından bəri atəşkəs razılaşmasının davam edən pozuntuları mayın 26-sı gününə olan məlumata əsasən 906 fələstinlinin ölümünə, 2 min 747 nəfərin isə yaralanmasına səbəb olub.

Araşdırma
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub