TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə İsrailin Qəzzaya yardım aparan donanmaya müdaxiləsinə reaksiya verdi
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin İtaliyadan yola düşən və Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"na qarşı beynəlxalq sularda həyata keçirdiyi müdaxiləni sərt şəkildə qınayıb
Türkiyə İsrailin Qəzzaya yardım aparan donanmaya müdaxiləsinə reaksiya verdi
Türkiyə İsrailin Qəzzaya yardım aparan donanmaya müdaxiləsinə reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin İtaliyadan yola düşən və Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"na qarşı beynəlxalq sularda həyata keçirdiyi müdaxiləni sərt şəkildə qınayıb. Nazirliyin yaydığı rəsmi bəyanatda bu hücumun beynəlxalq hüququ və naviqasiya azadlığını kobud şəkildə pozduğu vurğulanıb. Türkiyə XİN mülki yardım gəmilərinin hədəf alınmasını "quldurluq aktı" adlandırıb.

Bəyanatda donanmada olan Türkiyə və digər ölkə vətəndaşlarının təhlükəsizliyi üçün müvafiq dövlətlərlə sıx əməkdaşlıq çərçivəsində bütün lazımi addımların atıldığı qeyd olunub.

Yunanıstanın Krit adası yaxınlığında İsrail hərbi gəmiləri tərəfindən mühasirəyə alınan donanmanın rabitə sistemlərinin kəsildiyi, gəmilərin mühərriklərinin və naviqasiya cihazlarının sıradan çıxarıldığı bildirilib.

400-dən çox mülki şəxsi daşıyan donanmanın əsas məqsədi, 2007-ci ildən bəri İsrailin blokadası altında olan Qəzzaya humanitar yardım çatdırmaq idi. "Qlobal Sumud Donanması"nın bu blokadanı yarmaq məqsədilə başlatdığı "2026-cı ilin Yaz Missiyası" aprelin 26-da yola düşmüşdü.

İsrailin 2023-cü ilin oktyabrında başlatdığı soyqırımı xarakterli müharibə nəticəsində ən azı 72.600 fələstinli həlak olub, 172.400-dən çox şəxs isə yaralanıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrail hələ də Qəzzaya hücumlarını davam etdirir və mühasirə altında olan əraziyə humanitar yardımların daxil olmasını ciddi şəkildə məhdudlaşdırır.

Araşdırma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş keçirib
Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclası keçirilib
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
“Qlobal Sumud” humanitar yardım donanmasının fəlları İstanbula gətirilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
TBMM İsrailin ''Qlobal Sumud Donanması''na müdaxiləsini pisləyib
Türkiyə və İspaniya İsrailin Qəzza donanmasına müdaxiləsinə qarşı qlobal reaksiya çağırışı etdi