DÜNYA
2 dəqiqə oxuma
İsrail Qəzzaya özəl sektor vasitəsilə məhsulların daxil olmasına icazə verən mexanizmi təsdiqləyib
Bu barədə İsrailin COGAT qurumu məlumat yayıb
İsrail Qəzzaya özəl sektor vasitəsilə məhsulların daxil olmasına icazə verən mexanizmi təsdiqləyib
/ AP

İsrail Nazirlər Kabineti Qəzzaya özəl sektor vasitəsilə məhsulların daxil olmasına icazə verən mexanizmi təsdiqləyib. Bu barədə İsrailin hərbi COGAT qurumu məlumat yayıb.

COGAT bildirib ki, yeni mexanizm Qəzzaya daxil olan yardımın həcmini artırmaq və BMT ilə digər beynəlxalq təşkilatlara asılılığı azaltmaq məqsədilə yaradılıb. Yeni mexanizm çərçivəsində yalnız məhdud sayda özəl sektora aid quruma Qəzzaya məhsul göndərmək üçün icazə verilib.

Bu addım İsrailin 2,4 milyonluq Qəzza əhalisini aclıq həddinə çatdıran sıx blokadası fonunda atılıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri 93-ü uşaq olmaqla ən azı 180 nəfər aclıq səbəbindən həyatını itirib.

Fələstin hökumətinin Qəzzadakı media ofisi isə avqustun 4-də yaydığı bəyanatda bildirib ki, İsrail iyulun 27-dən etibarən cəmi 674 yardım maşınının bölgəyə daxil olmasına icazə verib. Bu rəqəm Qəzzanın gündəlik minimum 600 yük maşını ehtiyacının yalnız 14 faizini təşkil edir.

Səhiyyə Nazirliyi mayın 27-dən bəri İsrailin Qəzzadakı yardım mərkəzləri yaxınlığında həyata keçirdiyi hücumlarda ən azı 1516 nəfərin həlak olduğunu, 10 067 adamın isə yaralandığını açıqlayıb.

İsrailin təqdim etdiyi yardım planı geniş şəkildə tənqid olunur və aclıqdan əziyyət çəkən dinc sakinlər üçün “ölüm tələsi” adlandırılır.

Beynəlxalq atəşkəs çağırışlarını rədd edən İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla təxminən 61 min fələstinli həyatını itirib.

İsrailin hərbi əməliyyatları bölgəni tamamilə viran qoyub və Qəzzanı aclıq həddinə çatdırıb.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada törətdikləri hərbi və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

Araşdırma
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var