Media xəbələrinə görə, ABŞ və Çin Seulda bağlı qapılar arxasında ticarət danışıqları aparıblar. Məqsəd ABŞ prezidenti Donald Tramp ilə Çinin sədri Si Cinpin arasında keçiriləcək zirvə görüşünün gündəliyini müzakirə etmək olub.
Görüşə ABŞ Maliyyə katibi Skott Bessent və Çin Baş nazir müavini He Lifeng rəhbərlik edib. “Yonhap News”in xəbərinə görə, görüş “İncheon” Beynəlxalq Hava Limanındakı VIP zalında geniş təhlükəsizlik tədbirləri altında keçirilib.
Rəsmi şəxslər bildiriblər ki, müzakirələr mayın 14-də Pekində planlaşdırılan yüksək səviyyəli Tramp–Si Cinpin danışıqları öncəsi prioritetlərin uyğunlaşdırılmasına fokuslanıb.
Bessent Yaponiya səfərindən sonra Cənubi Koreyaya gəlib.
Səfər müddətində gözlənilir ki, o, günorta saatlarında Çin Baş nazir müavini He Lifeng ilə yüksək səviyyəli ticarət danışıqlarından əvvəl Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşəcək.
Bessent daha sonra Trampla birlikdə Çinə səfərdə iştirak etmək üçün Pekinə yollanacaq.
Yaponiya səfəri zamanı Bessent Baş nazir Sanae Takaichi, maliyyə naziri Satsuki Katayama və digər yüksək vəzifəli rəsmilərlə görüşüb və iki ölkə arasındakı iqtisadi əlaqələri müzakirə edib.













