Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Muğlanın dünyaca məşhur turizm mərkəzi Göcek sahilini qanunsuz qayıq dayanacaqlarından təmizlənən görüntülərini paylaşıb. Nazir M.Kurum bu sahilllərin ödənişsiz xalq çimərliyi olaraq vətəndaşların istifadəsinə təqdim edildiyini bildirib.
Qeyd edək ki, Göcekdə istifadəyə verilən xalqa açıq çimərlik ilə birlikdə son iki ildə vətəndaşların pulsuz istifadəsinə verilən "Sıfır tullantı" konsepsiyalı çimərliklərin sayı 15-ə yüksəlib.
"Xalqa açıq çimərlik layihəsi" davam edir
Əhalinin sahillərə ödənişsiz çıxışını təmin etmək və çimərliklərdə sıfır tullantı prinsipini yaymaq məqsədilə hazırlanan "Xalqa açıq çimərlik layihəsi" nazir Murat Kurumun rəhbərliyi ilə davam etdirilir.
Bu təşəbbüs Təbiət Sərvətlərinin Qorunması Baş İdarəsi (TVK) ilə Türkiyə Ətraf Mühitin Qorunması Fondunun (TÜÇEV) tərəfdaş müəssisəsi olan Sahil İdarəetməsi və Ətraf Mühitin Qorunması Səhmdar Cəmiyyətinin əməkdaşlığı ilə layihə həyata keçirilir. Bu çərçivədə keçən il Muğlanın Ortaca rayonundakı İztuzu və Sarıgerme, Menteşədəki Akbük, Marmarisdəki Kızkumu, Bodrumdakı Bitez Hacıahmetler, Fethiyedəki Çalış, Belcekız və Karaot çimərlikləri ətraf mühitə uyğun şəkildə yenidən qurulub.
Bu il isə Fethiyedə Göcek, İzmirin Çeşme rayonunda Altınkum və Pamuk Ovası, Urlada Kumdenizi, Balıkesirin Ayvalık rayonunda Sarımsaklı, Edirnenin Enez rayonunda Qaziömer, Antalyanın Manavqat rayonunda Kısalar xalq çimərlikləri vətəndaşların ödənişsiz istifadəsinə verilib.
Bununla da 5 əyalətdə 24 min 682 kvadratmetr sahədə təşkil edilən xalqa açıq çimərliklərin illik orta hesabla 636 min ziyarətçiyə xidmət göstərəcəyi gözlənilir.



















