İslahat və şəffaflıq tələbi ilə gənclərin rəhbərliyi altında keçirilən etiraz aksiyalarından sonra Mərakeş hakimiyyəti antikorrupsiya və korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə yeni saziş imzalayıb.
Hökumətin açıqlamasına görə, saziş Milli Dürüstlük və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Milli Təhlükəsizlik Baş İdarəsi və Regional Nəzarət Baş Müdirliyi arasında imzalanıb.
Sazişin əsas məqsədi korrupsiya araşdırmalarının effektivliyini artırmaq, institusional koordinasiyanı gücləndirmək və qurumlar arasında əməkdaşlıqla məlumat mübadiləsini genişləndirməkdir. Müqavilə institusional potensialın artırılması və dövlətin korrupsiya risklərinə qarşı dayanıqlığının gücləndirilməsi məqsədilə ixtisaslaşdırılmış təlim proqramlarını da əhatə edir.
Hökumət bəyan edib ki, bu saziş korrupsiyaya qarşı daxili mübarizəni gücləndirmək öhdəliyini vurğulayır.
Bu addım təhsil, səhiyyə və antikorrupsiya siyasətlərində islahat tələbləri ilə çıxış edən “Z 212” hərəkatının təşkil etdiyi ümummilli etirazlardan sonra atılıb.
Qeyd edək ki, hərəkat nümayişlərini oktyabrın 9-dək dayandırdığını elan edib.











