SİYASƏT
1 dəqiqə oxuma
Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu əməkdaşlığı gücləndirmək üçün Şimali Koreya səfərində
Sergey Şoyqu Rusiya və Şimali Koreya arasında əməkdaşlığı gücləndirmək üçün Pxenyana gedib.
00:00
Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu əməkdaşlığı  gücləndirmək üçün Şimali Koreya səfərində
/ AP
21 mart 2025

Rusiya prezidenti Vladimir Putinin təhlükəsizlik məsələləri üzrə baş müşavirlərindən biri olan Sergey Şoyqu Şimali Koreyaya gəlib. TASS xəbər agentliyinin cümə günü verdiyi məlumata görə, Şoyqunun səfəri iki ölkə arasında sürətlə inkişaf edən təhlükəsizlik əməkdaşlığı prosesinin bir hissəsidir.

Məlumatda həmçinin qeyd olunub ki, Şoyqunun Şimali Koreya lideri Kim Çen İnlə görüşmək planları var. Lakin Şimali Koreyanın dövlət mediası Şoyqunun gəlişi ilə bağlı heç bir açıqlama verməyib.

2024-cü ilin may ayına qədər Rusiyanın müdafiə naziri vəzifəsini icra edən Şoyqu bundan əvvəl də Şimali Koreyaya səfər etmişdi. Həmin vaxt Pxenyan hökuməti Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşmək üçün qoşun göndərməyə hazırdı.

ABŞ və Cənubi Koreya rəsmiləri bildiriblər ki, Şimali Koreya Rusiyanın şərqindəki Kursk bölgəsinə 10 mindən çox əsgər yerləşdirib. Əlavə olaraq da ağır silahlar, artilleriya sistemləri və ballistik raketlər göndərib.

Bunun müqabilində isə Şimali Koreyanın Moskvadan hərbi və mülki texnologiya, eləcə də iqtisadi dəstək aldığı düşünülür.

Ancaq nə Pxenyan, nə də Moskva rəsmi olaraq Şimali Koreyanın Rusiyaya qoşun və silah göndərdiyi ilə əlaqəli məlumat  etiraf etməyib. Bununla belə, iki ölkə liderlərinin 2023-cü ilin iyununda imzaladığı strateji tərəfdaşlıq sazişi çərçivəsində qarşılıqlı müdafiə paktı da daxil olmaqla əməkdaşlığı davam etdirdiklərini bildiriblər.

MƏNBƏ:trt global
Araşdırma
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
ABŞ İran müharibəsinə dəstək verməyən bəzi NATO ölkələrindəki hərbçilərini geri çəkəcək
Zelenski İran PUA-larını vurduqlarını iddia etdi, Rusiya neftinə sanksiya tətbiq olunmasını istədi
ABŞ İsrail-Livan sülh danışıqlarına ev sahibliyi edəcək
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Donald Tramp: ''ABŞ qüvvələri İran və ətrafında hərbi mövcudluğunu davam etdirəcək''
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar
İsrail İranın Şiraz şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb
Ərəb ölkələri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına reaksiya göstəriblər
ABŞ senatorları D.Trampın İranı hədələməsini pisləyiblər
V.Zelenski və H.Fidan bir sıra məsələləri müzakirə etmək üçün Suriyaya səfər edib
Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyatla bağlı paylaşım etdi