DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu Suriyanın cənubundakı kəndə daxil olub
İsrail ordusu Suriyanın cənubunda yerləşən Quneytra vilayətinin Brika kəndinə hərbi texnika ilə daxil olub
İsrail ordusu Suriyanın cənubundakı kəndə daxil olub
İsrail ordusu Suriyanın cənubundakı kəndə daxil olub

Suriyanın "Əl-İxbariyyə" telekanalının yaydığı məlumata görə, İsrail əsgərləri eyni bölgədəki Rəsm əl-Əcraf kəndindəki evlərdə axtarışlar aparırlar.

Məlumata əsasən, İsrail qüvvələri paytaxt Dəməşqin qərbindəki Beyt Cin şəhəri ilə Ət-Tilal əl-Humur ərazisi arasına iki artilleriya mərmisi atıb. Suriya rəsmiləri isə hadisə ilə bağlı hələlik rəsmi bəyanat yaymayıblar.

Qeyd edək ki, İsrail qüvvələri Suriyanın cənubundakı Quneytra və Dəraa vilayətlərində vaxtaşırı reydlər və axtarışlar keçirir.

Xatırladaq ki, avqustun 18-də İsrail hərbi təyyarələri İdlibdəki Əbu Zuhur Hərbi Aerodromunun uçuş-enmə zolağına 8 hava zərbəsi endirərək hərbi infrastruktura ciddi ziyan vurmuşdu.

İsrail 1967-ci ildən bəri Qolan təpələrinin böyük hissəsini işğal altında saxlayır. 2024-cü ilin sonunda Suriyada ‘‘Bəəs’’ rejimi devrildikdən sonra İsrail iki ölkə arasındakı bufer zonaya və Şeyx dağının (Hermon) Suriya hissəsinə daxil olub. Tel-Əviv bu addımdan sonra 1974-cü ildə imzalanmış Qüvvələrin Ayırılması Sazişinin artıq qüvvədən düşdüyünü bəyan edib.