MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Türkiyənin "Kitab xəstəxanası": Nadir əlyazmalar səhifə-səhifə bərpa edilir
İstanbuldakı tarixi Rami kitabxanasının “Şəfaxana” bölməsində mütəxəssislər əsrlər boyu saxlanılan nadir əlyazmaları həssaslıqla bərpa edərək, bu qiymətli əsərlərə həyat verir.
00:00
Türkiyənin "Kitab xəstəxanası": Nadir əlyazmalar səhifə-səhifə bərpa edilir
Türkiyənin "Kitab xəstəxanası"
3 mart 2025

18-ci əsrə aid tarixi binada yerləşən və əvvəllər hərbi kazarma kimi istifadə edilən Rami kitabxanası 2023-cü ildə açılıb. Kitabxananın tərkibində fəaliyyət göstərən “Şəfaxana” adlı bərpa mərkəzi Türkiyə Əlyazmalar Qurumunun nəzdində fəaliyyət göstərir.

“Kitab xəstəxanası” kimi də tanınan bölmədə Osmanlı türkcəsi, ərəbcə, farsca, ivritcə, rusca kimi müxtəlif dillərdə yazılmış, min illər əvvələ aid nadir əsərlər bərpa edilir. Bundan əlavə, Livan kimi ölkələrdən də bərpa işləri üçün əsərlər qəbul edilir.

Xəstəxananın rəhbəri Dr. Nil Baydar "TRT World"ə açıqlamasında bərpa prosesinin cərrahi müdaxiləyə bənzədiyini söyləyərək, "Əlyazmanın sağlamlığı ən önəmli faktordur. Əsərlərə zərər vermədən beynəlxalq standartlara uyğun işləyirik" deyib.

Mütəxəssislər İslamın ilk dövrlərinə aid nadir Quran nüsxələri ilə yanaşı, məşhur fiqh alimi Əhməd bin Hənbəlin hədis elmi ilə bağlı yazdığı 1069 illik “əl-İlel və Ma’rifetü’r-Rical” əsərini də bərpa edirlər. Bu əsərin dünyada yeganə məlum nüsxəsi Süleymaniyyə kitabxanasındadır.

Kitabların bərpa prosesi

"Şəfaxana" mütəxəssisləri "TRT World" telekanalına hər səhifənin saxlanması üçün istifadə olunan prosesin təfərrüatlarını izah edərək, bərpa və konservasiya işinin zəhmətli bir iş olduğunu deyir.

Bərpa prosesi əsərlərin ətraflı sənədləşdirilməsi ilə başlayır. Mütəxəssislər işlərin istehsalında istifadə olunan materialları və texnikaları araşdırırlar. Daha sonra işlər nəmlik, göbələklər, həşəratlar və təbii yaşlanma kimi faktorların yaratdığı hər hansı zərərdən təmizlənir.

Hər səhifə tozdan, kirdən və ləkələrdən təmizləndikdən sonra kiçik cırıqlar təbii yapışdırıcılarla düzəldilir. Zədələnmiş yerlərə uyğun qalınlıqda əl istehsalı yapon kağızı yapışdırılır və sıxılır. Bərpa edilmiş səhifələr kitab şəklində birləşdirilir. Bu proses bəzən aylar çəkə bilər.

Mütəxəssis Mebrure İpək Yüksəl bərpa prosesinin "ən mühüm mərhələ" olan sənədləşmə ilə başladığını və bu mərhələdə yazı üçün istifadə olunan material və texnikanı öyrəndiklərini deyir.

Xəstəxana Avropanın ən təchizatlı bərpa mərkəzlərindən biri hesab olunur. Kimya mühəndisləri, kimyaçılar və bioloqlar daxil olmaqla 80 nəfərdən ibarət ekspert qrupu ən son texnologiyadan istifadə etməklə işləyir.

Dr. Nil Baydar Türkiyədə peşəkar bərpa işlərinin 2012-ci ildə başladığını və texnologiya ilə birlikdə bu sahədə imkanların da inkişaf etdiyini vurğulayır.

Rami kitabxanasındakı xəstəxana keçmişin izlərini daşıyan nadir əsərlərin gələcək nəsillərə ötürülməsi üçün böyük səylə çalışır. Mütəxəssislərin fədakar səyləri ilə əsrlər boyu gizli saxlanılan məlumatlar yenidən canlanır.

Araşdırma
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?