TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Qərbi Trakyada türk məktəbinə giriş qadağası etirazla qarşılandı
Ksantidəki azlıq məktəbinin rəhbərliyi Yunanıstanın qərarını “qanunsuz və antidemokratik” adlandırdı
Qərbi Trakyada türk məktəbinə giriş qadağası etirazla qarşılandı
Qərbi Trakyada türk məktəbi / AA

Ksantidəki (İskeçə) türk azlıq məktəbinin rəhbərliyi özlərinə məxsus binaya daxil olmalarının qadağan edilməsinə dair qərara etirazlarını bildirərək, Yunanıstan hakimiyyətindən azlıq hüquqlarına və beynəlxalq müqavilələrə hörmətlə yanaşmağı tələb etdilər.

Yunanıstanın Qərbi Trakya bölgəsindəki Ksanti şəhərində yaşayan türk azlığa məxsus məktəbin idarə heyəti sentyabrın 30-da məktəbə girilməsinə mane olunduğu üçün etiraz aksiyası keçiriblər.

Qərbi Trakyadakı Ksanti azlıq tam orta məktəbinin idarə heyəti açıqlama yayaraq bildirib ki, yay aylarında burada aparılan təmir işləri zamanı ofisləri boşaldılıb.

Açıqlamada deyilir: “İdarə heyəti olaraq rəhbərlik etdiyimiz məktəbə girişimizə icazə verilmir. Məktəb rəhbərliyinin tədris mərkəzinə daxil olmalarına imkan yaradılmır”.

Qeyd edək ki, məktəbin idarə heyətinin tədris mərkəzinə buraxılmaması göstərişinin Təhsil Nazirliyinin əmri əsasında həyata keçirildiyi ifadə edilir.

Bəyanatda əlavə olaraq deyilir: “Qanuni şəkildə məsuliyyətlərini yerinə yetirməli olan məktəbin idarə heyəti süni şəkildə yaradılan maneələrlə kənarlaşdırılmaq istənir. İdarə heyətinin institusional kimliyi yox edilmək istənir. Bunu qəbul etməyimiz mümkün deyil. Şagirdləri məktəblərdən uzaqlaşdırmaq istəyən zehniyyətin fərqindəyik. Nə olursa, olsun, məktəbimizə və övladlarımıza sahib çıxmağa davam edəcəyik”.

Ksanti azlıq tam orta məktəbinin idarə heyəti tərəfindən aidiyyəti qurumlara ünvanlanan açıqlamada deyilir ki, Lozanna müqaviləsi ilə statusu müəyyənləşdirilən azlıq məktəblərinin xüsusiyyətinə uyğun qərarlar qəbul edilməli, hüquqa və demokratik dəyərlərə hörmətlə yanaşılmalıdır.

MƏNBƏ:TRT
Araşdırma
Xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir
ŞKTC Prezidenti T.Erhürman Cənubi Kipr Administrasiyası ilə görüş keçirəcək
Türkiyə TDT üzvləri ilə 5 ildə 72,2 milyard dollarlıq ticarət həyata keçirib
Türkiyə Xarici İşlər Nazirliyi "3 Oktyabr-Türk Dövlətləri Əməkdaşlıq Günü" ilə bağlı mesaj paylaşıb
Yaşar Gülər: "Qafqazın təhlükəsizliyi üç ölkədən asılıdır"
Yaşar Güler  Zakir Həsənov və İrakli Çikovani ilə görüşüb
Qazaxıstan və Almaniya təxminən 2 milyard dollarlıq ticarət sazişi imzalayıblar
Özbəkistanda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda iclas keçiriləcək
Qazaxıstan Prezidenti K.J.Tokayev orduda islahatlar aparmaq istiqamətində tapşırıq verib
Prezident R.T.Ərdoğan 27 Sentyabr Anım Günü münasibətilə paylaşım edib
İlham Əliyev: "Cənubi Qafqazda bərqərar olmaqda olan sülh yeni imkanlar yaradır"
Qazaxıstanda təlim zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb
Türkiyə, Azərbaycan və Özbəkistanın birgə təlimində əsas hərbi hədəflər tam məhv edilib
Qazaxıstanda keçirilən təlim zamanı 9 hərbçi həyatını itirib, 7-si itkin düşüb
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular
Türk Dünyası Bəstəkarlar İttifaqı yaradıldı
Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasından 108 il ötür
Qazaxıstanla Türkiyə arasında readmissiya haqqında saziş imzalanıb
Astanada Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin görüşü keçirilib
ŞKTR Baş naziri: "Gəminin batması nəticəsində həlak olanların sayı 12-yə çatıb"