DÜNYA
2 dəqiqə oxuma
Pakistan Kabil və Əfqanıstanın sərhəd bölgələrinə hücum təşkil etdi
Əfqanıstan rəsmiləri Pakistan hərbi hava qüvvələrinin paytaxt Kabil və bir neçə sərhədyanı əyalətə yeni zərbələr endirdiyini açıqlayıb
Pakistan Kabil və Əfqanıstanın sərhəd bölgələrinə hücum təşkil etdi
Pakistan Kabil və Əfqanıstanın sərhəd bölgələrinə hücum təşkil etdi / Reuters

Əfqanıstan rəsmiləri Pakistan hərbi hava qüvvələrinin paytaxt Kabil və bir neçə sərhədyanı əyalətə yeni zərbələr endirdiyini açıqlayıb. Kabil polisinin verdiyi məlumata görə, paytaxtın yaşayış məntəqələrinə təşkil edilən hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Pakistanın təhlükəsizlik rəsmiləri gecə saatlarında həyata keçirilən əməliyyatları təsdiqləyərək, hədəfin "Pakistan Talibanı" (TTP) qruplaşmasının silahlıları olduğunu bildiriblər.

Rәsmi İslamabad bu addımı Pakistan daxilində artan terror hücumlarına qarşı mübarizə tədbirlərinin bir hissəsi kimi qiymətləndirib.

Talibanın Kabildəki administrasiyası hücumlarda hər hansı iştirakını qəti şəkildə təkzib edib. Hökumət sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pakistanın hərbi zərbələri ölkənin cənubundakı Qəndəhar, həmçinin Pakistanla sərhəddə yerləşən Paktiya və Paktika əyalətlərinə də təsir göstərib.

Pakistan tərəfi isə keçirdiyi əməliyyatların yalnız terrorçu qruplaşmaları hədəf aldığını və mülki şəxslər arasında itki olmadığını irəli sürdü. Lakin son həftələr ərzində sərhəd xətti boyunca Əfqanıstan və Pakistan qüvvələri arasında baş verən toqquşmalar ikitərəfli ticarət əlaqələrini iflic edib və sərhədyanı bölgələrdə yaşayan sakinləri yurd-yuvalarını tərk etmək məcburiyyətində qoyub.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası (UNAMA) Pakistanın hərbi əməliyyatları ilə bağlı hesabat yayımlayıb. Hesabata görə, 26 fevral – 5 mart tarixləri arasında baş verən hücumlarda 24-ü uşaq olmaqla, ümumilikdə 56 mülki şəxs həyatını itirib. BMT-nin Qaçqınlar üzrə Agentliyi isə silahlı münaqişə səbəbindən təxminən 115 min insanın yurd-yuvasından didərgin düşdüyünü bəyan edib.

Araşdırma
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında mülki şəxslər həlak olub
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var