SİYASƏT
2 dəqiqə oxuma
“Həmas'':''Benyamin Netanyahu əsirləri aclıqdan öldürməyə çalışır”
“Həmas” rəsmisi İsrailin Baş naziri Netanyahunu əsirləri aclıqdan öldürməyə çalışmaqda ittiham edib
“Həmas'':''Benyamin Netanyahu əsirləri aclıqdan öldürməyə çalışır”
/ Reuters Archive
4 avqust 2025

“Həmas”ın Siyasi Bürosunun üzvü İzzət əl-Rişk avqustun 3-də verdiyi açıqlamada bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu administrasiyasının Qəzza xalqına qarşı tətbiq etdiyi aclıq siyasəti israilli əsirlərə də mənfi təsir göstərir. O, İsrail hökumətinin əsirlərin vəziyyətinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

İzzət əl-Rişk Fələstin müqavimət hərəkatının israilli əsirlərə dini və humanitar prinsiplərə uyğun davrandığını, onların yemək və suyunu digər fələstinlilərlə bərabər şəkildə təmin etdiyini qeyd edib.

O, bildirib ki, əvvəlki əsir mübadiləsi zamanı israilli məhbuslar sağlam və yaxşı fiziki-ruhi vəziyyətdə azadlığa buraxılıblar. Lakin hazırda onların aclıq, halsızlıq və arıqlama kimi ciddi problemlərlə üzləşdiyini iddia edib. İzzət əl-Rişk bu vəziyyəti isə mühasirədə olan Qəzza xalqının çətinliklərinə bənzədib.

İzzət əl-Rişk Netanyahunun Qəzza xalqına etdiyi zülmün əsirlərə də tətbiq olunduğunu, onları amansız aclıqla cəzalandırmağa çalışdığını qeyd edib.

O, həmçinin bildirib ki, Qəzzadakı aclıq siyasəti Netanyahu administrasiyasının girovlarla bağlı vəziyyəti həll etmək strategiyasının bir hissəsidir.

“Hava zərbələri ilə əsirləri öldürə bilməyən Netanyahu indi onları aclıqdan öldürməklə problemi həll etməyə çalışır”, – deyə “Həmas” rəsmisi vurğulayıb.

Aclıq və soyqırım

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, mühasirə altında olan Qəzzada 6 fələstinli daha aclıqdan dünyasını dəyişib. 2023-cü ilin oktyabrından bəri isə ölənlərin sayı 93-ü uşaq olmaqla 175-ə çatıb.

İsrailin Qəzzada törətdiyi qətliamlarda isə əksəriyyəti qadın və uşaq olmaqla 60 mindən çox fələstinli həyatını itirib.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, təxminən 11 min fələstinlinin dağılan evlərin altında qaldığı ehtimal edilir. Ekspertlər isə ölənlərin real sayının 200 min civarında ola biləcəyini bildirirlər.

Soyqırım zamanı İsrail mühasirəyə aldığı ərazinin böyük hissəsini dağıdaraq, demək olar ki, bütün sakinləri məcburi köçkün vəziyyətinə salıb.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunmaları üçün həbs orderi verib.

Araşdırma
Tramp: "Körfəz ölkələrinin hədəf alınacağını bilsək belə, İrana zərbə endirəcəkdik"
Tramp: "NATO müttəfiqləri kömək etməsə, alyans "çox pis" gələcəklə üzləşəcək"
A.Əraqçi BRICS blokunun qlobal təhlükəsizliyi dəstəkləməsinin əhəmiyyətini vurğulayıb
Şahbaz Şərif Səudiyyə Ərəbistanına "tam dəstəyini" ifadə edib
ABŞ BMT-də İranın nüvə proqramı ilə bağlı Rusiya və Çinlə qarşı-qarşıya gəlib
B.Netanyahu İranın ali dini lideri Müctəba Xameneini üstüörtülü şəkildə hədələdi
Hakan Fidan:''Türkiyə İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır''
Çin Hörmüz boğazındakı bütün tərəfləri gəmi hücumlarını dərhal dayandırmağa çağırıb
Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə sülh tərəfdarıdır''
Pezeşkian Rusiya və Pakistan liderləri ilə görüşərək müharibəni dayandıracaq addımları açıqlayıb
İsrail rəsmisi: ''İran ərazisində 3400-dən çox hərbi hədəfə hava zərbələri endirilib''
Rusiya Ukraynanı terror aktı törətməkdə ittiham edib
İspaniya İsraildəki səfirini geri çağırıb
Dmitri Peskov: ''Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi İstanbulda keçirilə bilər''
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib
Aİ İordan çayının qərb sahilində törədilən zorakılığın dayandırılmasına çağırış edib
Rusiya: ''İsfahandakı konsulluğumuz hücum zamanı zərər gördü''
Marko Rubio Talibanı ABŞ vətəndaşlarını dərhal azad etməyə çağırdı
Böyük Britaniya qlobal neft ehtiyatlarının bazara çıxarılmasını dəstəkləyir
İran ABŞ ilə "çox acı təcrübə"dən sonra müzakirələri rədd etdiyini bildirdi