SİYASƏT
2 dəqiqə oxuma
Londonun Hitrou hava limanı baş verən yanğın sonrası elektrik kəsintisinə görə tam gün bağlanıb
Martın 21-də Cümə günü elektrik yarımstansiyasında baş verən güclü yanğın Hitrou hava limanını bağladı, reyslərin təxirə salınması minlərlə sərnişinə mənfi təsir etdi.
00:00
Londonun Hitrou hava limanı baş verən yanğın sonrası elektrik kəsintisinə görə tam gün bağlanıb
24 mart 2025

Böyük Britaniyanın Hitrou hava limanı elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində elektrik enerjisinin kəsilməsinə görə bir günlük fəaliyyətini dəyandırıb. Vəziyyət Avropanın ən işlək hava limanlarından birində baş verib və nəticədə yüz minlərlə sərnişinin uçuş reysi ləğv edilib.

Buna görə də uçuşlar Gatwick, Şarl de Qoll (Paris) və Şennon (İrlandiya) hava limanlarına yönəldilib. Uçuş izləmə xidmətləri bu məlumatı təsdiqləyib.

Uçuş izləmə xidməti FlightRadar 24-ün paylaşdığı məlumata görə hadisə nəticəsində azı 1350 reys təsirlənib. Əlavə olaraq hava limanına gedən qatarların ləğv edildiyi də bildirilir.

“Sərnişinlərimizin və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün cümə günü hava limanını tam gün bağlamaqdan başqa çarəmiz yoxdur”, - deyə qurumun rəsmiləri bildirilib. "Yaxın günlərdə əhəmiyyətli nasazlıqlar gözləyirik və buna görə də sərnişinlər hava limanı açılana qədər səyahət etməməlidirlər."

Qeyd edek ki, Hitrou hava limanı bu ilin əvvəlində yanvar ayında 6,3 milyondan çox sərnişinlə rekord qırmışdı. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faizdən çox artım deməkdir. Yanvar həm də hava limanının gündə orta hesabla 200.000-dən çox sərnişinə xidmət göstərdiyi ardıcıl 11-ci aydır. Bu artıma transatlantik səyahətin böyük töhfə verdiyi bildirilib.

London yanğınsöndürmə briqadası bildirib ki, şəhərin qərbində elektrik yarımstansiyasında transformatorun alovlanmasından sonra baş verən hadisəyə böyük miqdarda texniki avadanlıq və təxminən 70 yanğınsöndürən cəlb olunub. Minlərlə ev işıqsız qalıb, 150-yə yaxın insan təxliyə edilib.

Yanğının səbəbi isə hələ də müəyyən edilməyib.

Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"