SİYASƏT
1 dəqiqə oxuma
Konqo Demokratik Respublikasında güclü sel fəlakəti baş verib
Cənubi Kivu bölgəsində baş vermiş sel fəlakətində 62 adamın həlak olduğu, 50 nəfərin isə itkin düşdüyü bildirilib.
Konqo Demokratik Respublikasında güclü sel fəlakəti baş verib
FILE PHOTO: Floods hit Congo's Kinshasa last week. On Saturday, at least 62 people died while 50 remain missing after severe floods swept through villages in Congo’s eastern South Kivu province. / Reuters

Dövlət rəsmiləri tərəfindən mayın 9-da verilən açıqlamada bildirilib ki, Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu vilayətində, Tanganika gölü ətrafındakı kəndləri əhatə edən güclü sel nəticəsində təxminən 62 adam həyatını itirib, 50 nəfər isə itkin düşüb.

Hadisə şahidləri bildiriblər ki, Ngandja bölgəsində yerləşən Kasaba kəndini su altında qoyan daşqın mayın 8-də yerli vaxtla səhər saat 5 radələrində baş verib. Güclü yağışlar selə səbəb olub, bu da evlərin su altında qalmasına və rabitə xətlərinin kəsilməsinə gətirib çıxarıb.

Cənubi Kivu vilayətinin səhiyyə naziri Teofil Valulika Muzaliva bildirib ki, axtarış və xilasetmə işləri ciddi şəkildə çətinləşib. Muzaliva "Arab News"la telefon danışığında deyib ki, “Sahə rəisləri, kənd başçıları və yerli idarəetmənin bir hissəsi olan digər yerli rəhbərlər hadisə yerindədir. Hal-hazırda bölgədə olan yeganə humanitar yardım təşkilatı Qırmızı Xaçdır. Meyitlərin axtarışı davam etdiyi üçün dəqiq qiymətləndirmə aparmaq mümkün deyil.”

Bu sel fəlakəti bir neçə həftə əvvəl paytaxt Kinşasada baş vermiş oxşar yağışların 33 nəfərin ölümünə səbəb olmasından sonra qeydə alınıb.

Son aylarda ölkə üzrə infrastruktur ciddi zərər görüb, bölgədəki silahlı münaqişələr isə humanitar yardım əməliyyatlarını daha da çətinləşdirir.

Fevral ayında hökumət qüvvələri ilə silahlı qruplar arasında baş verən döyüşlərin şiddətlənməsi, BMT-nin dünyanın ən ağır humanitar böhranlarından biri adlandırdığı vəziyyəti daha da pisləşdirib.

MƏNBƏ:TRT Global
Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"