TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Qazaxıstan Prezidenti K.J.Tokayev orduda islahatlar aparmaq istiqamətində tapşırıq verib
Prezident K.J.Tokayev orduda genişmiqyaslı hərbi islahatların aparılmasının vacibliyini qeyd edib
Qazaxıstan Prezidenti K.J.Tokayev orduda islahatlar aparmaq istiqamətində tapşırıq verib
Qazaxıstan Prezidenti K.J.Tokayevdən hərbi islahat tapşırığı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində 14 hərbçinin həlak olduğu təlimdən sonra hərbi islahat planının hazırlanması barədə göstəriş verib. Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən verilən açıqlamada bildirib. Məlumata əsasən, dövlət başçısı Müdafiə Nazirliyinin rəhbərliyi ilə iclas keçirib.

Təlim zamanı həlak olan 14 hərbçinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda K.J.Tokayev baş verənləri qiymətləndirib. Dövlət başçısı hadisənin bəzi hərbi rəhbərlərin ciddi laqeydliyi və xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinin nəticəsi olduğunu bildirib.

K.J.Tokayev təlim zamanı hərbçilərin xüsusilə dəniz tipli xilasedici jiletlərlə kifayət qədər təmin olunmadığına diqqət çəkib.

Prezidentin qərarı ilə Müdafiə Nazirliyində hərtərəfli yoxlamalara başlanıldığını bildirən K.J.Tokayev nəzarət tədbirlərinin hərbi xidmətin təşkili, ordunun təchizat vəziyyəti və maddi-maliyyə resurslarının istifadəsini əhatə edəcəyini vurğulayıb.

Prezident K.J.Tokayev orduda genişmiqyaslı hərbi islahatların aparılmasının vacibliyini qeyd edib.

Komanda sisteminin beynəlxalq təcrübəyə uyğun olaraq yenidən qurulmalı olduğunu bildirən K.J.Tokayev ordunun rəqəmsal transformasiyaya keçirilməsi tapşırığını verib.

K.J.Tokayev mümkün sahələrdə insan amilinin müasir texnologiyalarla əvəzlənməsinin vacibliyini vurğulayıb. O, orduda “göstəriş xarakterli” manevrlərə ehtiyac olmadığını bəyan edib.

Prezident K.J.Tokayev Təhlükəsizlik Şurasının Katibliyinə və Müdafiə Nazirliyinə 10 gün ərzində Hərbi İslahat Planını hazırlayıb təqdim etməyi tapşırıb.

 

Hadisənin təfərrüatı

Xəbər verildiyi kimi, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən “Xəzər Qorqanı-2026” təlimi zamanı qayıqdan suya enmə prosesində 17 hərbçi dənizdə batıb. Onlardan 14-ü həlak olub, 3-ü isə xilas edilib.

Hadisədən sonra sentyabrın 25-i ölkədə milli matəm elan olunub. Faciə ilə bağlı yüksək rütbəli 5 hərbi vəzifəli şəxsin həbs edildiyi bildirilib. Eyni zamanda, müdafiə naziri tutduğu vəzifədən azad olunub.

MƏNBƏ:TRT