Tərəflər PKK terror təşkilatının mövcudluğuna tamamilə son qoyulmasına yönəlmiş Sincarda başlayan prosesin irəliləməsini birgə təsdiq və nəzarət etmək məqsədilə, daha əvvəl razılaşdırılmış Birgə Təhlükəsizlik Koordinasiya Komitəsinin fəaliyyətəni başlatmaq barədə qərar qəbul ediblər.
Türkiyə və İraq səlahiyyətlilərinin Sincarda dövlət hakimiyyətinin tamamilə bərqərar edilməsi və terror təşkilatı PKK ünsürlərinin varlığına son qoyulmasına yönəlmiş atdığı addımların davam etdirilməsi məsələsində ortaq iradə təsdiqlənib.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi "Türkiyə-İraq birgə mətbuat bəyanatı"nı paylaşıb.
Buna əsasən, Türkiyə və İraq səlahiyyətliləri iki ölkə liderlərinin 23 sentyabrda əldə etdikləri razılaşmaya uyğun olaraq, İraq rəsmilərinin Sincarda dövlət hakimiyyətinin tamamilə bərqərar edilməsi və terror təşkilatı PKK ünsürlərinin varlığına son qoyulması istiqamətində bu günə qədər atdığı təqdirəlayiq addımların davam etdirilməsi məsələsində birgə iradələrini təsdiqləyiblər.
Türkiyə tərəfi liderlər səviyyəsində əldə olunmuş razılaşmaya uyğun olaraq, Başika-Zilikan düşərgəsinin İraq Federal Hökumətinə mərhələli şəkildə təhvil verilməsinə dair üzərinə düşən addımları atmağa başlayacağını bəyan edib.
Tərəflər terror təşkilatı PKK-nın mövcdluğunun tamamen aradan qaldırılmasına yönəlmiş Sincarda başlayan prosesin irəliləməsini birgə təsdiq və təftiş etmək məqsədilə daha əvvəl razılaşdırılmış Birgə Təhlükəsizlik Koordinasiya Komitəsinin fəaliyyətə başlaması barədə qərar qəbul ediblər.






















