SİYASƏT
1 dəqiqə oxuma
ABŞ İran aviaşirkətlərini dəstəkləyən qurumlara sanksiya tətbiq edəcəyini açıqlayıb
ABŞ-ın maliyyə naziri Skot Bessent sanksiya tətbiq olunmuş İran aviaşirkətləri ilə əməkdaşlıq edən qurumlara ciddi xəbərdarlıq edib
ABŞ İran aviaşirkətlərini dəstəkləyən qurumlara sanksiya tətbiq edəcəyini açıqlayıb
ABŞ Xəzinədarlıq Katibi Bessent İran uçuşları bərpa edərkən “maksimum təzyiq”lə hədələyir. (Foto: FAYL) / Reuters

ABŞ-ın maliyyə naziri Skot Bessent sanksiya tətbiq olunmuş İran aviaşirkətləri ilə əməkdaşlıq edən qurumlara ciddi xəbərdarlıq edib. "X" sosial şəbəkəsində paylaşım edən nazir bildirib ki, İranın hava nəqliyyatı sektoruna xidmət göstərən istənilən şirkət ABŞ-ın məhdudlaşdırıcı tədbirləri ilə üzlə bilər.

S. Bessent bildirib ki, xarici hökumətlər öz ölkələrindəki şirkətlərin İran təyyarələrinə yanacaq verməsinin, qida ilə təmin etməsinin, texniki xidmət göstərməsinin və eniş icazəsi verməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidirlər. O vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı "maksimum təzyiq" siyasətini davam etdirəcək və İran qurumları üçün əməliyyatlar təşkil edən üçüncü tərəflərə qarşı tədbir görməkdən çəkinməyəcək.

Bu xəbərdarlıq İranın bəzi kommersiya uçuşlarını bərpa etməsi fonunda səslənib.

Qeyd edək ki, İran dövlət televiziyası Tehrandan çoxsaylı təyyarələrin havaya qalxdığını, ölkənin hava məkanının bir hissəsinin və beynəlxalq tranzit yollarının yenidən açıldığını elan edib.

ABŞ Maliyyə Nazirliyi həmçinin İranın neft ticarəti ilə bağlı qlobal aktivləri hədəf alan “İqtisadi Qəzəb” adlı yeni proqramın başladıldığını açıqlayıb. Bu təşəbbüs çərçivəsində Vaşinqton artıq Çin banklarına məktublar göndərərək İranın neft əməliyyatlarına vasitəçilik etməyə davam edəcəkləri təqdirdə onların ikinci dərəcəli sanksiyalarla üzləşəcəyini bəyan edib. Skot Bessent ABŞ-nin İranın regiondakı təsirini zəiflətmək strategiyasında qərarlı olduğunu bir daha xatırladıb.

Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub