DÜNYA
2 dəqiqə oxuma
Ukrayna və Aİ ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı sanksiya qərarını alqışladı
Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina prezident Donald Trampın Rusiyaya qarşı çoxdan gözlənilən sanksiyalarını alqışlayıb
Ukrayna və Aİ ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı  sanksiya qərarını alqışladı
Ukrayna və Aİ ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı sanksiya qərarını alqışladı / Reuters

Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina prezident Donald Trampın Rusiyaya qarşı çoxdan gözlənilən sanksiyalarını alqışlayıb. Səfir bildirib ki, bu qərar Ukraynanın sülhün yalnız güc vasitəsilə və mövcud bütün beynəlxalq mexanizmlərdən istifadə edərək təcavüzkara maksimum təzyiq göstərməklə əldə oluna biləcəyi ilə bağlı ardıcıl mövqeyinə tam uyğundur.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də ABŞ Maliyyə Departamentinin Rusiyanın iki neft şirkətlərinə qarşı sanksiya tətbiq etmək qərarını müsbət qarşılayıb. Rəsmi “X” səhifəsində paylaşım edən Leyen bildirib ki, bu gün ABŞ Maliyyə naziri Skott Bessentlə keçirdiyi görüşü və Rusiyanın iki neft şirkətlərinə sanksiya tətbiq edilməsi qərarını yüksək qiymətləndirir. O, həmçinin vurğulayıb ki, ABŞ sanksiyalarının Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 19-cu sanksiya paketi ilə birləşməsi, Atlantikanın hər iki tərəfindən təcavüzkara qarşı birgə təzyiqin davam edəcəyinə dair açıq siqnal olacaq.

ABŞ oktyabrın 22-də Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoil”ə qarşı yeni sanksiyalar tətbiq edib və bu addımı rəsmi Moskvanın sülh prosesinə ciddi sadiqlik nümayiş etdirməməsi ilə əsaslandırıb.

ABŞ Maliyyə Departamenti bəyan edib ki, bu tədbirlər Rusiyanın enerji sektorunu hədəf alır və məqsəd Kremlin öz döyüş maşını üçün gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaq, eləcə də zəifləyən iqtisadiyyatını dəstəkləmək qabiliyyətini sarsıtmaqdır.

NATO-nun baş katibi Mark Rutte isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin davamlı beynəlxalq təzyiq vasitəsilə atəşkəs masasına oturmağa məcbur edilə bilər. Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərə açıqlama verən Rutte qeyd edib ki, davamlı təzyiqlərlə Putini masaya oturdub atəşkəsi qəbul etdirə biləcəklərinə tam əmindir və bundan sonra gələcək danışıqların baş tutacağına inanır.

Mark Rutte deyib ki, Trampla Rusiya–Ukrayna müharibəsinin necə bitirilə biləcəyini, NATO-nun prosesə necə töhfə verəcəyini və Putini atəşkəsi qəbul etməyə razı salmaq üçün atılacaq addımları müzakirə ediblər. Rutte ABŞ prezidentini bu məsələdə güclü mövqeyinə və baxışına görə tərifləyərək qeyd edib ki, Tramp Putinlə oturub danışa, onun hesablamalarını dəyişə və müəyyən güzəştlər əldə edə biləcək yeganə liderdir.

NATO baş katibi həmçinin ABŞ-ın Ukrayna üçün təhlükəsizlik təminatlarına yenidən qoşulmasının vacibliyini vurğulayıb.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi