TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə İsrailin Prezident R.T. Ərdoğanla bağlı yaydığı bəyanatlara reaksiya verib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrail rəsmilərinin Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı bəyanatlarına münasibət bildirib
Türkiyə İsrailin Prezident R.T. Ərdoğanla bağlı yaydığı bəyanatlara reaksiya verib
Министерство иностранных дел Турции / AA

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrail rəsmilərinin Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı bəyanatlarına münasibət bildirib.

Nazirliyin yaydığı bəyanatda deyilir: "İsrail Xarici İşlər Nazirliyinin Prezidentimizə qarşı alçaq böhtanları İsrail rəsmilərinin həqiqəti gizlətmək üçün göstərdiyi boş səylərin yeni bir nümunəsidir".

Bəyanatda Prezident Rəcəb Tayyib Ərdoğanın COP31 sammitinin açılışındakı çıxışına da istinad edilib. Qeyd olunub ki, dövlət başçısı həmin çıxışında İsrailin sistematik zülm siyasətini yenidən dünya gündəminə gətirib və bütün bəşəriyyətin ortaq narahatlığını dilə gətirib

"Türkiyə İsrailin təcavüzkar siyasətinin hədəfi olan bütün məzlumların, xüsusən də fələstinlilərin yanında olmağa davam edəcək’’,-deyə bəyanatda vurğulanıb.