DÜNYA
2 dəqiqə oxuma
Donald Tramp: ''TikTok-u almaq istəyən çox sayda potensial alıcımız var''
Çinin müqavilənin müddətinin bitməsində onayacağı rolu qəbul edən Donald Tramp deyib: “Bəlkə bunu geciktirmək üçün vergi güzəştləri tətbiq edə bilərəm''
Donald Tramp: ''TikTok-u almaq istəyən çox sayda potensial alıcımız var''
/ AP

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib ki, Çinin "ByteDance" korporasiyası 170 milyon amerikalının istifadə etdiyi ''TikTok''u satmaq üçün aprelin 5-nə qədər müqavilə bağlayacaq.

Donald Tramp, ''TikTok''un milli təhlükəsizlik baxımından qadağan edilməməsi üçün çinli olmayan bir alıcıya satılmasının vacibliyini vurğulayıb. ''ForceOne'' telekanalına müsahibə verən Tramp deyib: "TikTok-u almaq istəyən çox sayda potensial alıcımız var. TikTok-a böyük maraq var".

Qeyd edək ki, ''TikTok'' məsələ ilə bağlı hələlik açıqlama verməyib. ''Reuters''in məlumatına görə, ''Blackstone'' özəl kapital şirkəti ''TikTok''un ABŞ-dakı əməliyyatlarına kiçik sərmayə yatırmağı düşünür. Məsələ ilə bağlı məlumat verən iki mənbənin açıqlamasına görə, ''Blackstone'', ''ByteDance''in ''Susquehanna International Group'' və ''General Atlantic'' tərəfindən idarə olunan mövcud qeyri-çinli səhmdarlarına qoşulmağı və ''TikTok''un ABŞ-dakı biznesini almaq üçün yeni sərməyə yatırmaq məsələsini nəzərdən keçirir. Bu qrup indiyə qədər ən güclü namizəd kimi ön plana çıxır.

Vaşinqton Pekinin ABŞ-a qarşı təsir əməliyyatları aparmaq və amerikalılar haqqında məlumat toplamaq üçün ''TikTok'' proqramından istifadə edə biləcəyini iddia edir.

Tramp daha əvvəl də sosial media tətbiqi ilə bağlı razılaşma əldə olunmazsa, müqaviləni uzatmağı düşünəcəyini söyləmişdi. Donald Tramp keçən həftə Çinin müqavilənin müddətinin bitməsində onaylayıcı rolunu qəbul edərək deyib: “Bəlkə bunu gecikdirmək üçün vergi güzəştləri tətbiq edə bilərəm”.

Vitse-prezident J.D. Vans sosial media platformasının mülkiyyətinə dair müqavilənin geniş konturlarının aprelin 5-nə qədər yekunlaşacağını gözlədiyini bildirib. 2024-cü ildə təsdiqlənən qanuna əsasən, Çinin ''ByteDance'' korporasiyası 19 yanvar tarixinə qədər ''TikTok''u ABŞ-da fəaliyyətini dayandırmalı idi.

MƏNBƏ:TRT Global
Araşdırma
İşğal altındakı Şərqi Qüdsdə rahibəyə hücum edilib
İsrail Sanur məntəqəsində 100-dən çox qeyri-qanuni mənzilin tikintisinə razılıq verdi
BMT Təhlükəsizlik Şurasına çağırış edildi ki, Qəzzada atəşkəs "ədalətli və davamlı sülhə" çevirilsin
Kosovoda üçüncü dəfə növbədənkənar seçkilər keçiriləcək
İsrail atəşkəsə baxmayaraq Qəzzaya ağır zərbələr endirib
İran müharibəsi başlayandan bəri Körfəz ölkələri liderləri Ciddədə ilk üz-üzə sammit keçiriblər
Tuapse Neft Emalı Zavoduna zərbə endirilib
İndoneziyada iki qatar toqquşub, ölən və yaralananlar var
Malinin müdafiə naziri “Əl-Qaidə” ilə əlaqəli qruplaşmanın hücumu nəticəsində həlak olub
ABŞ ordusu Sakit okeanda əməliyyat keçirdi
İsrail Livanın cənubunda atəşkəsi pozaraq 14 nəfəri öldürüb
ABŞ iraqlı silahlı qruplaşmanın lideri üçün 10 milyon dollar mükafat vəd edib
Atəşkəsə baxmayaraq İsrail Livanı hədəf almağa davam edir
Pakistanın şimal-qərbində baş verən toqquşmalarda 22 terrorçu zərərsizləşdirilib
İsrail əsgərlərindən bəzilərinin çəkdiyi vicdan əzabının səbəbi nədir?
BMT TŞ Livanda sülhməramlı qüvvələrin hədəf alınmasını pisləyib
Atəşkəs pozuntuları davam edərkən, İsrail Qəzzada üç nəfəri öldürüb
Yaponiyada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edilib
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub
İranda İsrailin xeyrinə casusluqda ittiham olunan iki nəfər edam edilib