DÜNYA
2 dəqiqə oxuma
Volodimir Zelenski: “Sülh planı ilə bağlı həssas məsələləri Trampla müzakirə edəcəyik”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün sülh çərçivəsinin ən həssas detalları birbaşa ABŞ Prezidenti Donald Trampla müzakirə ediləcək
Volodimir Zelenski: “Sülh planı ilə bağlı həssas məsələləri Trampla müzakirə edəcəyik”
Volodimir Zelenski: “Sülh planı ilə bağlı həssas məsələləri Trampla müzakirə edəcəyik” / AP

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün sülh çərçivəsinin ən həssas detalları birbaşa ABŞ Prezidenti Donald Trampla müzakirə ediləcək.

Rəsmi X sosial media platformasında paylaşım edən Zelenski deyib:
"Bu gün nümayəndə heyətimiz Cenevrədən qayıtdı. Müharibəyə son qoymaq üçün lazım olan addımların siyahısı artıq mövcud ola bilər. Cenevrədə keçirilən görüşdən sonra maddələrin sayı azalıb və bu çərçivədə detalların çoxu nəzərdən keçirilib. Komandamız yeni addımlar barədə məlumat verib və bu həqiqətən də düzgün yanaşmadır. Mən Prezident Trampla həssas məsələləri müzakirə edəcəyəm’’.

Volodimir Zelenski yaydığı başqa bir paylaşımda Rusiyanın təzyiqini davam etdirəcəyi barədə xəbərdarlıq edib.
"Rusiyanın Ukraynaya təzyiqini azaltmayacağını bilməliyik. Bu günlərdə və həftələrdə hava hücumları və digər oxşar hücumlarla bağlı xəbərdarlıqları çox ciddi qəbul etmək vacibdir. Kiminlə məşğul olduğumuzu aydın başa düşürük. Ukraynaya və xalqımıza qarşı raketlər, kütləvi hücumlar olmamalıdır. Buna yalnız dünyada həqiqətən güclü olanlar nail ola bilər. Amerikadan çox şey asılıdır. Müharibəni Rusiya başlatdı və ona son qoymalı olan da Rusiyadır. Bunun üçün tərəfdaşlarımızla dialoq yolu ilə lazımi şərait yaradırıq".

Ağ Ev bildirib ki, rəsmi Vaşinqton və Kiyev arasında danışıqlar məhsuldar davam edir. Ağ Evin mətbuat katibi Karolin Levit isə ‘‘Fox News’’a açıqlamasında deyib ki, ABŞ və Ukrayna arasında potensial razılaşma ilə bağlı yalnız bir neçə mübahisəli məqam mövcuddur.

Karolin Levit qeyd edib ki, Tramp razılaşmanın əldə edilə biləcəyinə nikbin baxır və müxtəlif dairələrin, o cümlədən Respublikaçılar Partiyasının Trampın Rusiyaya üstünlük verməsi ilə bağlı tənqidlərini rədd edib.

Araşdırma
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub
İranda İsrailin xeyrinə casusluqda ittiham olunan iki nəfər edam edilib
Ukraynanın pilotsuz uçuş aparatı Rusiyanın Tuapse limanına zərbə endirib
İran yük gəmisinin ələ keçirilməsinə cavab olaraq ABŞ gəmilərinə zərbə endirib
ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə qarşı əməliyyat keçirib
İran müharibəsi gedən bir vaxtda ABŞ, Yaponiya və Filippin genişmiqyaslı hərbi təlimlər keçirir
İran ABŞ qüvvələrinin ticarət gəmisini ələ keçirməsindən sonra qisas alacağını bildirib
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi
Suriya qoşunları ABŞ əsgərlərinin çıxmasından sonra Həsəkədəki Kasrak hava bazasına daxil olub
Beynəlxalq Enerji Agentliyi: ''Avropanın 6 həftəlik yanacaq ehtiyatı qalıb"
İsrail Livandakı ölümcül hücumlarını davam etdirir
ABŞ-nin blokadasına baxmayaraq, İranla əlaqəli gəmilər körfəzə girmək üçün yeni marşrut izləyirlər
Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi hücumlar nəticəsində üç nəfər həlak olub
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək
Əfqanıstan Qəzzaya 500 tondan çox yardım göndərib
Şahbaz Şərif Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək
Si Cinpin Pekində Sergey Lavrov ilə görüşüb
25 gəmi Hörmüz boğazından keçib
IFRC Türkiyədən İrana daha çox yardım göndərməyi planlaşdırır