SİYASƏT
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirlə əməkdaşlığın regional sabitliyə mühüm töhfə verdiyini və rəsmi Ankaranın bu münasibətlərdən investisiya və ticarət sahələrində səmərəli şəkildə istifadə etmək niyyətində olduğunu bildirib
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir''
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir'' / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirlə əməkdaşlığın regional sabitliyə mühüm töhfə verdiyini və rəsmi Ankaranın bu münasibətlərdən investisiya və ticarət sahələrində səmərəli şəkildə istifadə etmək niyyətində olduğunu bildirib. Qahirədə keçirilən Türkiyə-Misir Biznes Forumunun bağlanış iclasında çıxış edən dövlət başçısı ikitərəfli ticarət həcmini 15 milyard dollarlıq hədəfə çatdırmaq üçün Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə sıx əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Prezident R.T.Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında ticarət və iqtisadi əlaqələrin ətraflı müzakirə olunduğunu, münasibətlərin təməlini möhkəmləndirmək və bütün sahələrdə əhatə dairəsini genişləndirmək üçün mühüm müqavilələr imzalandığını diqqətə çatdırıb. O, qlobal iqtisadiyyatda proteksionizm və daxilə yönəlmiş siyasət meyllərinin artmasına baxmayaraq, əməkdaşlığın rifahın davamlılığı üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirib. Prezident getdikcə çətinləşən bu qlobal mühitdə iş dünyasının dəstəyi ilə hər iki ölkə iqtisadiyyatının birlikdə daha da güclənəcəyinə inandığını ifadə edib.

Hazırda Misirin Türkiyənin Afrikadakı ən böyük ticarət tərəfdaşı olduğunu xatırladan Ərdoğan ticarət dövriyyəsinin 8 milyard dolları keçdiyini qeyd edib. O, bildirib ki, Türkiyə Misirin ən çox ixrac etdiyi ölkələr arasında 7,4 faiz payla üçüncü, ən çox idxal etdiyi ölkələr arasında isə 3,4 faiz payla yeddinci yerdədir. Əlaqələrin daha da inkişafı məqsədilə ticarət nazirlərinin iştirakı ilə Yüksək Səviyyəli Ticarət Məsləhətləşmə Mexanizminin növbəti iclasının Ankarada keçiriləcəyi bildirilib. Bundan əlavə, kənd təsərrüfatı məhsullarını da əhatə edəcək Azad Ticarət Sazişinin yenilənməsi istiqamətində səylərin davam etdiyi və bu il Ankarada keçirilməsi planlaşdırılan 6-cı Birgə Komitə İclası ilə əhəmiyyətli irəliləyiş əldə olunacağı hədəflənir.

R.T.Ərdoğan Türkiyənin Misirdə müxtəlif sektorlara yatırdığı təxminən 4 milyard dollarlıq investisiyanın hazırda 100 min misirli üçün iş yeri təmin etdiyini vurğulayıb. Türk podratçıların indiyədək Misirdə ümumi dəyəri 1 milyard dollardan çox olan 27 layihə həyata keçirdiyini xatırladan prezident Misirin "2030 vizyonu" çərçivəsində planlaşdırılan 14 yeni "ağıllı şəhər" layihəsində də türk şirkətlərinin iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Prezident R.T.Ərdoğan Türkiyənin tikinti texnologiyası və standartlarının Misirin işçi qüvvəsi və təcrübəsi ilə birləşməsinin Afrika və Asiyada irimiqyaslı layihələrin uğurunu təmin edəcəyini vurğulayaraq, göstərilən etimada və dəstəyə görə həmkarı Sisiyə təşəkkür edib.

Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb