SİYASƏT
1 dəqiqə oxuma
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni uğursuz adlandırıb
İranın Ali dini liderinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın uğursuzluğa məhkum olduğunu bəyan edib
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni uğursuz adlandırıb / Reuters

İranın Ali dini liderinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın uğursuzluğa məhkum olduğunu bəyan edib. Rzayi Tehranın blokadanı yarmaq üçün kifayət qədər variantının olduğunu vurğulayaraq mühasirənin davam edəcəyi təqdirdə İranın hərbi gücdən istifadə edə biləcəyini bildirib. O, mümkün müharibə ssenarilərindən də bəhs edərək, hərbi əməliyyatların cənub sahillərindən İsfahana qədər uzana biləcəyini, ölkənin qərbində fəallığın artacağını və Tehranda sui-qəsd, yaxud bombalama cəhdlərinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hücumlardan sonra tərəflər arasında genişmiqyaslı toqquşmalar qeydə alınmışdı. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə elan edilən iki həftəlik atəşkəsə qədər davam edən bombardmanlar nəticəsində 3300-dən çox insan həyatını itirib. Aprelin 22-də bitməsi nəzərdə tutulan bu atəşkəs rejimi Pakistanın Baş naziri Şahbaz Şərif və Qərargah rəisi Asim Munirin müraciətindən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən qeyri-müəyyən müddətə uzadılıb. Buna baxmayaraq Tehranın limanların blokadaya alınmasına verdiyi sərt reaksiya regionda kövrək olan sülhün yenidən pozulma riskini gündəmə gətirib.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
İsrail Livana xəbərdarlıq edib
ABŞ miqrant uşaqların deportasiyasını sürətləndirməyi planlaşdırır