TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyənin 17-ci “Xeyirxahlıq Gəmisi” Qəzzaya doğru yola çıxdı
Qəzzada göndərilən humanitar yardım fəaliyyətləri çərçivəsində 900 ton ərzaq və körpələr üçün nəzərdə tutulmuş ləvazimat bölgəyə göndərilib
Türkiyənin 17-ci “Xeyirxahlıq Gəmisi” Qəzzaya doğru yola çıxdı
Türkiyənin 17-ci “Xeyirxahlıq Gəmisi” Qəzzaya doğru yola çıxdı
14 oktyabr 2025

Qəzza əhalisinin əsas ehtiyaclarını qarşılamağı hədəfləyən və təxminən 900 ton humanitar yardım daşıyan 17-ci “Xeyirxahlıq Gəmisi” oktyabrın 14-də Türkiyənin cənubundakı Mersin Beynəlxalq limanından Misirin əl-Əriş limanına yola çıxıb.

Bu yardım göndərişi Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) koordinasiyasında və Misir Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı və 17 qeyri-hökumət təşkilatının dəstəyi ilə həyata keçirilib. Yardımlar Qəzza zolağına ən yaxın liman olan Misirin əl-Əriş limanından “Kərəm Əbu Salim” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

Qəzza əhalisinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yardım paketlərinə hazır yeməklər, konserv məhsullar və körpə qidaları daxildir.

Mersin limanında keçirilən yola salma mərasimində çıxış edən Türkiyə daxili işlər naziri Əli Yerlikaya deyib: “Bu gün 900 ton ərzaq, konserv və körpə qidaları ilə yüklənmiş Akdeniz gəmisi, inşallah, Qəzza üçün yola çıxır.”

Qeyd edək ki, Türkiyə dövləti İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı soyqırım xarakterli hücumlarına başlamasından bu yana, AFAD koordinasiyasında 16 gəmi və 14 təyyarə ilə bölgəyə humanitar yardım göndərib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın 67 min nəfərdən çox fələstinlinin həyatına son qoyan və bölgəni xarabalığa çevirən soyqırımı daimi olaraq dayandırmaq planı çərçivəsində ötən həftə Qəzzada atəşkəs əldə olunub.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Ərdoğan Əl-Faşerdə mülki əhaliyə qarşı törədilən qırğınları pisləyib
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Türkiyənin Monteneqrodakı səfiri Podqoritsadakı hücuma münasibət bildirib
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Sudana çağırış etdi
Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''
Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
''Altay'' tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Baş naziri Türkiyədə səfərdədir
R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''
Ərdoğan: "HƏMAS-ın əməl etdiyi atəşkəs qərarını İsrail pozmağa davam edir"
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb
Türkiyə "uzun müddətdir gözlənilən" Qəzza atəşkəsini alqışlayır