DÜNYA
1 dəqiqə oxuma
Pakistanın şimal-qərbindəki polis postuna hücum zamanı 15 nəfər həlak olub
Hücum hadisəsi Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva əyalətinin Tank bölgəsində baş verib
Pakistanın şimal-qərbindəki polis postuna hücum zamanı 15 nəfər həlak olub
Pakistanın şimal-qərbindəki polis postuna hücum zamanı 15 nəfər həlak olub / AFP

Pakistanın şimal-qərbində yerləşən polis nəzarət-buraxılış məntəqəsinə terror hücumu təşkil edilib. Hadisə nəticəsində 12 əsgər, iki polis və keçmiş meşə təsərrüfatı idarəsi rəsmisi olmaqla, ümumilikdə 15 nəfər həlak olub.

Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) iyulun 24-də verdiyi bəyanata görə, hücum Əfqanıstan sərhədindəki Xeybər-Paxtunxva əyalətinin Tank bölgəsində baş verib.

Hücum edən şəxslər polis nəzarət-buraxılış məntəqəsinə daxil olmaq məqsədilə partlayıcı yüklənmiş avtomobili ərazinin əhatə divarına çırpıblar.

Açıqlamada qeyd olunub ki, hücum Pakistan Talibanı kimi tanınan "Təhriki-Taliban Pakistan" qruplaşması tərəfindən törədilib. İslamabad rəhbərliyi həmin qruplaşmanın Hindistan tərəfindən dəstəkləndəyini iddia edir.

Hindistan tərəfindən bu ittihamla bağlı hələlik heç bir açıqlama verilməyib. Lakin Yeni Dehli rəhbərliyinin keçmişdə də oxşar iddiaları rədd etdiyi məlumdur.

Pakistan ordusu hücum zamanı 12 terrorçunun məhv edildiyini bildirib.

Bəyanatda həmçinin qeyd olunub ki, ərazidə ola biləcək digər hücumçuların qarşısının alınması məqsədilə axtarış əməliyyat axtarış tədbirləri davam etdirilir.

MƏNBƏ:TRT
Araşdırma
Şahbaz Şərif Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə bir sıra görüşlər keçirəcək
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
Livanın cənubundakı partlayışda iki İsrail əsgəri həlak olub
ABŞ-nin nüvə hücumunun 81-ci ildönümündə Hiroşimada nüvə əleyhinə çağırışlar təkrarlandı
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
Rusiya ordusu paytaxt Kiyevi hava zərbələri ilə hədəf aldı: 14 nəfər öldü, 27 adam yaralandı
Misirdə 5,3 bal gücündə şiddətli zəlzələ baş verib
Donald Tramp İrana qarşı planlaşdırılan hücumu ləğv etdi
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
Ukrayna növbəti dəfə Rusiyaya hücum etdi: ölən və yaralananlar var
Rumıniya hava məkanına daxil olan PUA zərərsizləşdirilib
ABŞ Yaxın Şərqdə gərginliyin artması fonunda İrandakı hərbi hədəflərə yeni zərbələr endirib
İsrail Qəzzada atəşkəsi pozaraq dörd fələstinlini öldürüb
Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerləri vurublar
İran: Nüvə obyektlərimizə hücum edilərsə, regional zərbələr endirəcəyik
Tramp Səudiyyə Ərəbistanı ilə tarixi nüvə müqaviləsini təsdiqləyib
Kral III Çarlz Türkiyənin dəstəyi ilə tikilən Kembric məscidini ziyarət edib
İsrail qüvvələrinin geri çəkilməsindən sonra Livan ordusu cənubda növbəti "pilot bölgə"yə daxil olub