SİYASƏT
2 dəqiqə oxuma
İsrail fələstinlilərin Cənubi Sudana köçürülməsi planını müzakirə edir
Məcburi köçürmə kimi qiymətləndirilən təklif beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının sərt etirazı ilə qarşılanıb
İsrail fələstinlilərin Cənubi Sudana köçürülməsi planını müzakirə edir
Cənubi Sudan / AP

“Associated Press” agentliyinin yaydığı məlumata görə, İsrail hökuməti Qəzzadan kütləvi köçü təşviq etmək məqsədilə fələstinlilərin Afrikanın müharibədən zərər çəkmiş ölkələrindən biri olan Cənubi Sudana yerləşdirilməsi ehtimalını müzakirə edir.

Sözügedən planın təfərruatları barədə məlumat olmasa da, nəticə etibarilə bu planın məzmunu fələstinlilərin bir müharibə bölgəsindən başqa bir müharibə bölgəsinə köçürülməsidir.

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza əhalisinin böyük hissəsinin, onun ifadəsilə “könüllü köç” yolu ilə çıxarılmasını ABŞ prezidenti Donald Trampın missiyasının həyata keçirilməsi kimi qiymətləndirib. O, İsrailin oxşar yenidən məskunlaşdırma təkliflərini digər Afrika ölkələrinə də təqdim etdiyini bildirib.

Fələstinlilər insan haqları təşkilatları və beynəlxalq ictimaiyyətin böyük hissəsi bu təklifləri beynəlxalq hüquqa zidd, məcburi köçürmə planının layihəsi kimi rədd edib.

Məlumata görə, bu təşəbbüslər fevral ayında Qəzza əhalisinin yenidən yerləşdirilməsi ideyasını gündəmə gətirən, lakin son aylarda geri addım atan D.Tramp üçün də potensial bir imkan kimi qiymətləndirilir.

Qeyd edək ki, nə İsrailin nə də Cənubi Sudanın Xarici İşlər Nazirliy məsələ ilə bağlı şərh verməyib. ABŞ Dövlət Departamentinin sözçüsü də xüsusi diplomatik danışıqlar barədə şərh bildirmədiklərini deyib.

Müharibə bölgəsindən digərinə köç narahatlığı

Bir çox fələstinli müharibədən və aclıq böhranından xilas olmaq üçün, heç olmasa, müvəqqəti olaraq Qəzzadan ayrılmaq istəyə bilər. Lakin onlar öz vətənlərindən daimi köçürülmə təkliflərini əsasən rədd edirlər. Çünki onların bu torpaqlara qayıtmaqlarına heç vaxt icazə verilməyəcəyinin fərqindədirlər.

Hətta Qəzzanı tərk etmək istəyənlər olsa belə, onlar dünyanın ən qeyri-sabit və münaqişələrlə dolu ölkələrindən biri olan Cənubi Sudanda yaşamağa həvəs göstərmirlər.

Xatırladaq ki, Cənubi Sudan müstəqillikdən sonra başlayan və təxminən 400 min nəfərin ölümünə səbəb olan vətəndaş müharibəsindən sonra hələ də toparlana bilmir. Münaqişə ölkənin bəzi bölgələrini aclıq təhlükəsi ilə üz-üzə qoyub.

MƏNBƏ:TRT Global
Araşdırma
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi