SİYASƏT
1 dəqiqə oxuma
Kreml Ukraynada Avropa İttifaqının sülhməramlı qüvvələrinə etiraz edib
Rəsmi Moskva bildirir ki, Vladimir Putinlə Volodimir Zelenski arasında yüksək səviyyəli görüş ancaq geniş hazırlıqdan sonra mümkün ola bilər
Kreml Ukraynada Avropa İttifaqının sülhməramlı qüvvələrinə etiraz edib
Dmitri Peskov
28 avqust 2025

Kreml rəhbərliyi avqustun 27-də Avropa ölkələrinin Ukraynaya sülhməramlı hərbi qüvvə göndərməsinə qarşı olduğunu açıqlayıb və Vladimir Putinlə Volodimir Zelenski arasında yaxın vaxtlarda zirvə keçirilməsi fikrini rədd edib.

Kremlin sözçüsü Dmitri Peskovdan, Rusiya–Ukrayna münaqişəsini sona çatdırmaq üçün mümkün razılaşmaya Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi maddəsinin salınması ilə bağlı rəsmi Moskvanın mövqeyi soruşulub. D.Peskov isə cavabında deyib: “Biz bu cür müzakirələri mənfi qiymətləndiririk.”

D.Peskov əlavə edib ki, Rusiyanın NATO ölkələrinin Ukraynada hərbi mövcudluğuna imkan verməmək arzusu 2022-ci ilin fevralında başladılan hərbi əməliyyatın əsas səbəblərindən biri olub.

Qeyd edək ki, Ukrayna gələcəkdə Rusiyanın mümkün hücumlarından qorunmaq üçün Qərbin dəstəklədiyi təhlükəsizlik zəmanətləri tələb edir, Moskva rəhbərliyi isə rəsmi Kiyevdən ölkənin şərqində əlavə ərazi güzəştləri gözləyir.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri danışıqların ən mühüm başlıqlarından biridir. O, əlavə olaraq rəsmi Moskvanın bu zəmanətlərin məzmununu ictimaiyyət qarşısında açıq müzakirə etməyəcəyini vurğulayıb.

Kreml bununla yanaşı, prezident V.Putinlə onun ukraynalı həmkarı V.Zelenski arasında yaxın zamanlarda zirvə keçirilməsi ideyasına da qarşı çıxdığını açıqlayıb.

D.Peskov AFP nümayəndəsinin də iştirak etdiyi mətbuat konfransında deyib: “Hər hansı yüksək səviyyəli təmasın effektiv ola bilməsi üçün yaxşı hazırlanması vacibdir.”

Onun sözlərinə görə, Rusiya və Ukrayna danışıqlar qruplarının nümayəndələri əlaqə saxlayırlar, lakin növbəti görüş üçün hələlik konkret tarix müəyyən edilməyib.

MƏNBƏ:TRT
Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"