SİYASƏT
1 dəqiqə oxuma
Argentina İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina etdi
İsrailin “Channel 12” telekanalının yaydığı xəbərə görə, Argentina İsrailin baş naziri Benyamin Netanyahu ilə Argentina prezidenti Xavyer Milyu arasında yaranan son gərginlikdən sonra İsraildəki səfirliyini Qüdsə köçürmək planlarını dayandırıb
Argentina İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina etdi
Argentina İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina etdi / AA

İsrailin “Channel 12” telekanalının yaydığı xəbərə görə, Argentina İsrailin baş naziri Benyamin Netanyahu ilə Argentina prezidenti Xavyer Milyu arasında yaranan son gərginlikdən sonra İsraildəki səfirliyini Qüdsə köçürmək planlarını dayandırıb.

Telekanal “Times of Israel” qəzetinə istinadən bildirib ki, gərginlik İsrailin “Navitas Petroleum” şirkətinin Folklend adaları yaxınlığında dənizdə neft qazma işlərinə başlamaq planları ilə əlaqədardır.

Qeyd edək ki, Folklend adaları Böyük Britaniya tərəfindən xarici ərazi kimi idarə olunsa da, Argentina bu adalar üzərində suverenlik iddia edir və onları Malvin adaları adlandırır.

Dekabr ayında Argentina “Navitas Petroleum” və mərkəzi Böyük Britaniyada yerləşən “Rockhopper Exploration” şirkətlərini adalar yaxınlığında təxminən 2,1 milyard dollar dəyərində mübahisəli dəniz neft layihəsi elan etdiklərinə görə sərt tənqid edib.

“Rockhopper Exploration” şirkətinin fəaliyyəti Argentina tərəfindən cinayət hesab edildiyinə görə, şirkətin 2013-cü ildən etibarən ölkədə fəaliyyəti qadağan olunub. “Navitas Petroleum” isə 2022-ci ildə icazəsiz qazma işləri apardığı üçün eyni şəkildə qadağaya məruz qalıb.

BMT-nin 1976-cı il qətnaməsinə əsasən, suverenlik danışıqları davam etdiyi müddətdə nə Argentina, nə də Böyük Britaniya regionda birtərəfli addımlar atmamalıdır.

“Channel 12”nin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar Argentina rəsmilərinə İsrail hökumətinin “Navitas” şirkətinin fəaliyyətində heç bir rolunun olmadığını və səhmləri açıq şəkildə satılan bu şirkətə nəzarət etmədiyini izah etməyə çalışıb.olacaqdı.

Araşdırma
D.Tramp bütün İranı havaya uçurmaqla hədələyib
V.Putin Kiyev rəhbərliyinin danışıqlar aparmaq istəmədiyini bildirib
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"