Çində 1-7 oktyabr tarixlərində qeyd olunan tətil səbəbindən Türkiyəyə gələn turistlər Fethiyedə yerləşən 1965 metr hündürlükdəki Babadağa yamac paraşütü ilə uçuş həyata keçirmək üçün qalxırlar.
Təcrübəli paraşüt pilotlarının müşayiəti ilə uçuş zolaqlarından havalanan turistlər Ölüdənizin mənzərəsini quş baxışı bucağından izləyirlər.
Ölüdəniz Yamac Paraşütü Pilotları Kooperativinin İdarə Heyətinin üzvü Zafer Şekerci Fethiye və Ölüdənizin yamac paraşütü sahəsində mühüm mərkəzlərdən biri olduğunu bildirib.
Son günlərdə çinli turistlərin sayında artışın yaşandığını qeyd edən Z.Şekerci deyib: "Babadağdan yamac paraşütü ilə tullanan hər 3 nəfərdən birinin çinli olduğunu deyə bilərik. Çinli turistlərin sayı hər keçən gün daha da artır."
Uçuşlarda bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü diqqətə çatdıran Z.Şekerci yamac paraşütü etmək istəyənləri bölgəyə dəvət edib.




















