SİYASƏT
1 dəqiqə oxuma
İran İslam İnqilabı Keşikçiləri Korpusu:''Müharibənin nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz''
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə bitə biləcəyi ilə bağlı bəyanatlarına cavab olaraq, Yaxın Şərqdəki müharibənin taleyini özlərinin müəyyən edəcəyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu:''Müharibənin nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz''
İran İslam İnqilabı Keşikçiləri Korpusu:''Müharibənin nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz'' / Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə bitə biləcəyi ilə bağlı bəyanatlarına cavab olaraq, Yaxın Şərqdəki müharibənin taleyini özlərinin müəyyən edəcəyini açıqlayıb. Martın 10-da yayılan bəyanatda vurğulanıb ki, bölgənin gələcək statusu artıq İran silahlı qüvvələrinin nəzarətindədir və müharibənin necə və nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz.

İran mediasının məlumatına görə, SEPAH rəsmiləri bildiriblər ki, ABŞ və İsrailin hücumları davam edəcəyi təqdirdə bölgədən neft ixracına icazə verilməyəcək. SEPAH-ın sözçüsü qeyd edib ki, ölkəyə qarşı hərbi təzyiqlər dayandırılmasa, Hörmüz boğazından bir litr belə neftin daşınmasına imkan verilməyəcək.

Donald Tramp isə öz növbəsində Tehranın neft daşınmasını dayandırmaq cəhdlərinə sərt reaksiya verərək boğazda hər hansı maneə yaratmağın İrana "ölüm, atəş və qəzəb" gətirəcəyini bildirib. Tramp bildirib ki, belə bir addım atılarsa, cavab zərbələri indikindən iyirmi dəfə daha güclü olacaq.

Bu gərginlik fonunda İran İslam İnqilabı Keşikçiləri bölgədə ABŞ-a məxsus 10 qabaqcıl radar sistemini və bir neçə bahalı pilotsuz uçuş aparatını (PUA) məhv etdiklərini bəyan ediblər.

SEPAH həmçinin Donald Trampı İranın hərbi gücünün zəifləməsi ilə bağlı ictimaiyyəti çaşdırmaqda və "yalan iddialar" səsləndirməkdə ittiham edib.

Rəsmi Tehran raket buraxılışlarının azaldılması barədə xəbərləri təkzib edərək, bir tondan ağır döyüş başlığı daşıyan daha güclü raketlərin istifadə olunduğunu diqqətə çatdırıb.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb