DÜNYA
2 dəqiqə oxuma
ABŞ Hörmüz boğazından keçid rüsumlarına görə İran qurumuna sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranın Fars Körfəzi Boğazları İdarəsinə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu qurumu Hörmüz boğazından keçən kommersiya gəmilərini qanunsuz rüsum ödəməyə məcbur etməkdə ittiham edib
ABŞ Hörmüz boğazından keçid rüsumlarına görə İran qurumuna sanksiya tətbiq edib
ABŞ Hörmüz boğazından keçid rüsumlarına görə İran qurumuna sanksiya tətbiq edib / Reuters

ABŞ Maliyyə Nazirliyi İranın Fars Körfəzi Boğazları İdarəsinə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu qurumu Hörmüz boğazından keçən kommersiya gəmilərini qanunsuz rüsum ödəməyə məcbur etməkdə ittiham edib.

Maliyyə Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda bildirilir ki, sözügedən idarə gəmiləri boğazdan təhlükəsiz keçid müqabilində "qanunsuz tranzit haqları" ödəməyə və həssas məlumatları bölüşməyə məcbur edir. Toplanan bu vəsaitlər isə birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun hesabına köçürülür. ABŞ-ın maliyyə naziri Skott Bessent məsələ ilə bağlı bildirib ki, İran ordusunun qlobal dəniz ticarətindən xərac almaq istəyi Vaşinqtonun həyata keçirdiyi "İqtisadi Qəzəb Əməliyyatı" nəticəsində Tehran rejiminin ciddi nağd pul böhranı yaşadığının sübutudur. Nazirlik həmçinin vurğulayıb ki, bu qurumla əməkdaşlıq edən, o cümlədən nağd pul, rəqəmsal aktivlər, qeyri-rəsmi barter və ya digər ödəniş üsulları ilə tranzit haqları ödəyən istənilən şəxs və ya şirkət ABŞ sanksiyaları ilə üzləşə bilər.

ABŞ və İsrailin fevral ayında İrana endirdiyi zərbələrdən sonra regionda gərginlik kəskin artıb. Tehran buna cavab olaraq İsrail və ABŞ-nin Körfəzdəki müttəfiqlərinə məxsus hədəflərə hücumlar təşkil edib və Hörmüz boğazını bağlayıb. Daha sonra Pakistanın vasitəçiliyi ilə aprelin 8-də tərəflər arasında atəşkəs əldə olunub və bu razılaşma ABŞ Prezidenti Donald Tramp tərəfindən uzadılıb.

Qeyd edək ki, Hörmüz boğazı ABŞ-İsrail və İran arasındakı hərbi gərginliyin əsas mərkəzi hesab olunur. Bu qarşıdurma regional enerji axınına ciddi ziyan vuraraq qlobal neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi bu strateji marşrutda təhlükəsizlik risklərinin artması həm dəniz daşımaları, həm də sığorta xərclərini əhəmiyyətli dərəcədə yüksəldib.

Araşdırma
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub