Danimarka bazar ertəsi ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət etmək marağından sonra Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün 14,6 milyard Danimarka kronu (2,05 milyard dollar) xərcləyəcəyini elan etdi. Qrenlandiya Danimarkanın yarı muxtar bölgəsidir.
Bu ay Tramp bildirib ki, Qrenlandiyanın ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyəti var və Danimarka strateji əhəmiyyətli Arktika adasına nəzarətdən imtina etməlidir.
Danimarkada müdafiə xərcləri on ildir ciddi səviyyədə ixtiras edilir. Ölkə keçən il hərbi xərclər üçün 190 milyard Danimarka kronu (26 milyard dollar) ayırdı və onun bir hissəsini hazırda Arktika üçün istifadə edir.
Danimarka Qrenlandiyanın təhlükəsizliyinə və müdafiəsinə cavabdeh olsa da, çox vaxt təhlükəsizlik sahəsində ölkənin qara dəliyi kimi qəbul edilən böyük adada məhdud hərbi imkanlara malikdir.
Hazırda Danimarkanın ixtiyarında dörd köhnə müşahidə gəmisi, bir “Challenger” kəşfiyyat təyyarəsi və 12 ədəd kirşə patrulu var və onların hamısına Fransadan dörd dəfə böyük olan əraziyə nəzarət etmək vəzifəsi tapşırılıb.
Müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında bildirib ki, müqavilə üç yeni Arktika dəniz gəmisi üçün maliyyələşdirməni, planlaşdırılan uzaqmənzilli kəşfiyyat pilotsuz təyyarələrinin sayını dördə çatdırmağı və peyk müşahidəsini əhatə edir.
Siyasi partiyalar ilin birinci yarısında təqdim olunacaq sövdələşmədə Arktika üçün daha çox pul ayırmağa razılaşıblar.
ABŞ ordusu Qrenlandiyanın şimal-qərbindəki Pituffik Kosmik Mərkəzində daimi varlığını saxlayır. Bu baza strateji baxımdan ballistik raketlərin erkən xəbərdarlıq sisteminə malikdir, çünki Avropadan Şimali Amerikaya ən qısa yol adadan keçir.













