TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyənin Yalova vilayətində DEAŞ-a qarşı keçirilən əməliyyatda ən azı altı terrorçu öldürülüb
Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, əməliyyatda üç təhlükəsizlik işçisi də şəhid olub
Türkiyənin Yalova vilayətində DEAŞ-a qarşı keçirilən əməliyyatda ən azı altı terrorçu öldürülüb
Daxili işlər naziri Əli Yerlikaya / AA
29 dekabr 2025

Türkiyənin şimal-qərbindəki Yalova vilayətində keçirilən antiterror əməliyyatında ən azı altı DEAŞ terrorçusu zərərsizləşdirilib.

Daxili işlər naziri Əli Yerlikaya terrorçuların təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində üç polis məmurunun həyatını itirdiyini bildirib.

Yerlikaya "Təəssüf ki, üç qəhrəman polis məmurumuz şəhid olub. Atışmada səkkiz polis məmuru və bir təhlükəsizlik işçisi də yaralanıb.

Əməliyyat Yalovada DEAŞ terorçularını üzvlərini hədəf alıb və Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən davam edən antiterror səylərinin bir hissəsi kimi həyata keçirilib.