SİYASƏT
3 dəqiqə oxuma
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahunun İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkiləri və ABŞ-də 3 noyabrda təşkil olunacaq Konqresə...
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
Axios: "Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə edib"

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahunun İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkiləri və ABŞ-də 3 noyabrda təşkil olunacaq Konqresə aralıq seçkilərindən əvvəl İrana yeni bir hücum təşkil etmək ehtimalını müzakirə etdiyi irəli sürülüb.

"Axios" saytının mövzuya yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Tramp və Netanyahu ötən həftə telefon danışığı aparıblar.

Müzakirə zamanı İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkiləri və ABŞ-də 3 noyabrda baş tutacaq Konqresə aralıq seçkilərindən öncə İrana yeni bir hücumun təşkil edilməsi ehtimalı nəzərdən keçirilib.

Netanyahu danışıq zamanı İranın nüvə proqramını bərpa etmək üçün narahatlıq doğuran addımlar atdığını göstərən kəşfiyyat məlumatları ilə bağlı təşvişini ifadə edib.

ABŞ və İsrail orduları döyüş hazırliğı vəziyyətindədir

Görüş Trampın İrana aralıq seçkilərindən əvvəl hücum etməyəcəyi barədə bəyanatından öncə gerçəkləşsə də, həm İsrail, həm də ABŞ ordularının Trampın fikrini dəyişməsi ehtimalına qarşı hazır vəziyyətdə gözlədildiyi bildirilib.

Adının açıqlanmasını istəməyənamerikalı bir mənbə: "Bibi (Netanyahu) yenidən hərəkətə keçmək istəyir kimi görünür. Bu mövzunu Trampla bir neçə dəfə müzakirə edib və Tramp: 'Özün bilərsən Bibi, hazırlaş', -deyib. Lakin əslində dəqiq bir öhdəlik yoxdur. 'Hazırlaş' demək bəlkə indi, bəlkə sonra, bəlkə də heç vaxt mənasına gələ bilər", -ifadələrini işlədib.

Tramp və Netanyahunun son iki həftədə İrana hücumların davam etdirilməsinə dair bir neçə dəfə danışığına diqqət çəkən mənbələr Netanyahunun Trampa İranın hərbi və nüvə obyektlərini hədəf almaqdan bəhs etdiyini çatdırıblar.

İsrailli bir rəsmi Trampın ilk başda hücumların davam etdirilməsi tərəfdarı olduğunu, lakin sonradan məsələyə daha ehtiyatla yanaşdığını qeyd edərkən, amerikalı rəsmi də Trampın bu mövqedə dəqiq olmadığını bildirib.

Eyni zamanda, rəsmilər son günlərdə Netanyahunun məsləhətçiləri ilə keçirdiyi iclaslarda İrana yeni hücum ehtimalının Tramp tərəfindən gündəmə gətirildiyini qeyd etdiyini və bu halda Trampın İsraildən hücumlarda iştirak etməsini istədiyini vurğulayıblar.

İsrail Baş Qərargah rəisinin "seçki" narahatlığı

ABŞ-nin Müdafiə naziri Pit Heqsetin (Pete Hegseth) İrana hücumların davam etdirilməsinin ən güclü tərəfdarı olduğunu bildirən mənbələr, buna qarşılıq Trampın bir çox məsləhətçisinin hazırda iqtisadi təzyiqlərin davam etdirilməsi tərəfdarı olduğunu qeyd ediblər.

İsrail Baş Qərargah rəisi Eyal Zamirin amerikalı həmkarı Dan Keyn (Dan Caine) ilə keçirdiyi görüşdə İrana 3 həftə ərzində tammiqyaslı hücumların başladılması ehtimalını müzakirə etdiyini bildirən mənbələr Zamirin İranın ehtimal olunan cavab zərbələrini nəzərə alaraq, bu ərəfədə müharibənin yenidən alovlanmasının İsraildəki seçkilərin təxirə salınmasına gətirib çıxara biləcəyini dediyini çatdırıblar.

Ağ Evdən təkzib

Digər tərəfdən, Ağ Evin rəsmilərindən biri "Axios"a verdiyi açıqlamada Tramp və Netanyahunun İrana hücumları davam etdirmək məsələsini müzakirə etmədiyini bildirib.

Rəsmi: "Tramp İrana aralıq seçkilərindən əvvəl hücum etməyəcəyini deyib", -ifadəsini işlədib.

Netanyahunun ofisi isə mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: "Baş nazir Prezident Tramp və ABŞ-lı yüksək səviyyəli rəsmilər ilə daimi əlaqə saxlayır və biz bu barədə şərh vermirik".