DÜNYA
2 dəqiqə oxuma
Fridrix Merts:"Almaniya Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını istəyir''
Paytaxt Ankarada Ərdoğanla keçirdiyi mətbuat konfransında çıxış edən Fridrix Merts deyib: "Biz bu müzakirələri davam etdirmək istəyirik’’
Fridrix Merts:"Almaniya Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını istəyir''
Fridrix Merts:"Almaniya Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını istəyir''
31 oktyabr 2025

Almaniya kansleri Fridrix Merts rəsmi Berlinin Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını istədiyini və Türkiyənin xarici siyasətdəki vacib rolunu qeyd edib. Merts bildirib ki, o, Prezident Rəcəb Tayyib Ərdoğana Avropa səviyyəsində strateji dialoqa başlamaq istədiyini söyləyib. Paytaxt Ankarada Ərdoğanla keçirdiyi mətbuat konfransında çıxış edən Fridrix Merts deyib: "Biz bu müzakirələri davam etdirmək istəyirik’’.

O, dünyanın böyük güclərin qlobal siyasəti formalaşdıracağı yeni geosiyasi mərhələyə qədəm qoyduğunu qeyd edərək deyib: "Almanlar və avropalılar olaraq strateji tərəfdaşlığımızı dərinləşdirməliyik və Türkiyə bu prosesdən kənarda qala bilməz’’.

Merts həmçinin vurğulayıb ki, Türkiyə bizi maraqlandıran bütün xarici siyasət və təhlükəsizlik məsələlərində çox vacib bir aktyordur. O, Almaniyanın təhlükəsizlik siyasəti mövzusunda Türkiyə ilə daha sıx əməkdaşlıq edəcəyinə söz verib.

Kansler Qəzzadakı vəziyyəti də müzakirə etdiklərini bildirib. O, girovların azad edilməsi ilə atəşkəs mövzusunda əldə olunan irəliləyişi müsbət inkişaf kimi qiymətləndirib. "İlk dəfə olaraq davamlı sülhə ümid var’’ deyən Merts Qəzzada sülhün təmin olunmasındakı roluna görə Ərdoğana təşəkkür edib.

"Bu proses Türkiyə, Qətər, Misir və ABŞ olmadan mümkün olmazdı’’,-deyə Fridrix Merts vurğulayıb.

Almaniyanın sülhü qorumaq üçün əlindən gələni edəcəyini bildirən kansler alman zabitlərinin ilk dəfə olaraq İsrailin cənubundakı mülki-hərbi mərkəzə yerləşdirildiyini qeyd edib.

Almaniyanın İsrailə dəstəyinin Holokostdan qaynaqlanan günahkarlıq hissinə əsaslanıb-əsaslanmadığı barədə sualı cavablandıran Merts deyib: "Federal hökumət qurulduğu gündən bəri İsrailin yanında olub. İsrail Holokostdan sağ çıxan milyonlarla yəhudi üçün sığınacaq olub. Almaniya həmişə İsrailin yanında olacaq."

Fridrix Merts Türkiyənin ‘‘Eurofighter Typhoon’’ təyyarələrini almaq qərarından məmnunluğunu ifadə edib. "Bu təyyarələr ortaq təhlükəsizliyimizə xidmət edəcək. Strateji dialoqu yenidən başladacaq’’,-deyə Fridrix Merts vurğulayıb.

Türkiyə ilə Almaniya arasında Əmək Sazişinin 64-cü ildönümünü qeyd edən Merts Almaniyaya iş üçün gələnlərə təşəkkür edib: "Bu insanlar olmasaydı, Almaniya 60 il əvvəl əldə etdiyi iqtisadi inkişafa nail ola bilməzdi’’.

Avropada artan ksenofobiya ilə bağlı suala cavab verən Merts bildirib ki, Almaniya və Avropa hər hansı səbəbdən asılı olmayaraq bu vəziyyətə qarşı mübarizə aparır.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''