SİYASƏT
1 dəqiqə oxuma
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına açıq olduğunu bildirib.
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına açıq olduğunu bildirib. O, Rusiyanın öz məqsədlərinə dinc yolla çatmağa üstünlük verdiyini vurğulayıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovun "Rusiya və Ukrayna nümayəndə heyətləri sentyabrda görüşə bilər" bəyanatına münasibət bildirən Peskov bu barədə hər hansı məlumata malik olmadığını deyib. Dmitri Peskov bildirib ki, amerikalılarla işgüzar səviyyədə təmaslar davam edir və Rusiya tərəfi sülh danışıqlarına açıqdır.

Rusiyanın gələcəkdə hansısa NATO ölkəsinə hücum edəcəyi ilə bağlı iddiaları təkzib edən Peskov bu fikirlərin reallıqla və ya Rusiyanın niyyətləri ilə heç bir əlaqəsinin olmadığını bildirib. O qeyd edib ki, sülh yolu hazırda mümkün olmadığı üçün hərbi əməliyyatlar davam edir və Rusiya bu addımı öz təhlükəsizliyini təmin etmək, maraqlarını qorumaq üçün atır. D. Peskov həmçinin Rusiyanın Avropa ölkələrinin təcavüzkar siyasəti ilə üzləşdiyini diqqətə çatdırıb.

Avropanın dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməsini qanunsuz adlandıran Dmitri Peskov buna qarşı cavab tədbirlərinin görüləcəyini vurğulayıb.