DÜNYA
1 dəqiqə oxuma
Möhsün Rzayi:"İran Netanyahunu cəhənnəmə göndərəcək"
İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi İsrailin Baş naziri Benyamin Netanyahu barədə sərt bəyanat verib
Möhsün Rzayi:"İran Netanyahunu cəhənnəmə göndərəcək"
Möhsün Rzayi:"İran Netanyahunu cəhənnəmə göndərəcək"

İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi İsrailin Baş naziri Benyamin Netanyahu barədə sərt bəyanat verib. O, "İran Netanyahunu cəhənnəmə göndərəcək", — deyib.

Livanda fəaliyyət göstərən və "Hizbullah"a yaxınlığı ilə tanınan "Əl-Manar" telekanalına müsahibə verən Rzayi regionda baş verən son hadisələri və ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqləri şərh edib.

Möhsün Rzayi Vaşinqtona xəbərdarlıq edərək deyib: "Əgər blokada davam edərsə, ABŞ-nin iqtisadi maraqlarını bütün gücümüzlə 100 faiz hədəf alacağıq".

İran rəsmisi Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin bərpasını ABŞ-nin müəyyən şərtləri yerinə yetirməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Qərbi Asiyada, Livan və Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır.

Livandakı prosesləri yaxından izlədiklərini diqqətə çatdıran M. Rzayi İsrail ordusunun tezliklə Livandakı işğal olunmuş ərazilərdən çəkilməyə məcbur qalacağını bildirib.