SİYASƏT
2 dəqiqə oxuma
ABŞ prezidenti D.Tramp Venesuela müxalifət lideri M.Maçado ilə görüşəcək
ABŞ administrasiyasından bildirilib ki, prezident D.Tramp bu həftə Ağ Evdə M.Maçado ilə bir araya gələcək
ABŞ prezidenti D.Tramp Venesuela müxalifət lideri M.Maçado ilə görüşəcək
ABŞ prezidenti D.Tramp Venesuela müxalifət lideri M.Maçado ilə görüşəcək / Reuters

Rəsmi Vaşinqton Karakasdakı müvəqqəti hakimiyyətə siyasi məhbusların azad edilməsi üçün təzyiq göstərməyə davam etdiyi bir vaxtda, venesuelalı müxalifətçi Maria Korina Maçadonun yanvarın 15-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyi bildirilib.

M.Maçado yanvarın 3-də ABŞ qüvvələrinin Nikolas Maduronu qaçırmasından sonra Vaşinqton rəhbərliyi tərəfindən prosesdən kənarda saxlanılıb və D.Tramp administrasiyası Venesuelanı “idarə edəcəyini” bəyan edib.

Venesuelalı müxalif lider Maria Korina Maçado və onun köməkçisi Edmundo Gonzalez Urrutianu nəzərə almayan D.Tramp bunun əvəzinə müvəqqəti prezident Delsi Rodrigez və N.Maduro hakimiyyətindən qalan digər rəsmilərlə işləyir.

D.Tramp müvəqqəti prezident D.Rodrigezi Vaşinqtonun geniş neft ehtiyatlarına çıxışı məsələsində müəyyən etdiyi xəttə əməl etməyə, əks halda bunun nəticələri ilə üzləşməyə hazır olmalı olduğu barədə xəbərdar edib.

Həmçinin Venesuela hazırki hökumət N.Maduro dövründə həbs edilmiş daha 116 nəfərin azad edildiyini açıqlayıb. Həmin şəxslərin əksəriyyəti mübahisəli 2024-cü il seçkilərindən sonra keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunmuşdu.

Delsi Rodrigez qaçırılan Nikolos Maduronun sadiq müttəfiqi olmasına baxmayaraq, Venesuelanın geniş neft ehtiyatlarından yararlanmaq istəyən Vaşinqton rəhbərliyi ilə danışıqlar aparır.

ABŞ elçiləri diplomatik münasibətlərin kəsilməsindən yeddi il sonra Amerikanın paytaxt Karakasdakı səfirliyini yenidən açmaq məsələsini müzakirə etmək üçün ötən həftə şəhərə səfər ediblər.

D.Tramp yanvarın 11-də D.Rodrigezlə görüşməyə hazır olduğunu və öz administrasiyasının onun rəhbərlik etdiyi qurumla “həqiqətən yaxşı” işlədiyini bildirib.

Xatırladaq ki, ötən il Nobel Sülh Mükafatına layiq görülən Maria Korina Maçado bu mükafatı, özünün mükafata layiq görülməməsindən məyusluğunu gizlətməyən Donald Trampa ithaf etmişdi.

Qeyd edək ki, müvəqqəti prezident vəzifəsini icra edən Delsi Rodrigez yanvarın 12-də ölkədə bir sıra nazirlik dəyişiklikləri həyata keçirərək islahatlar apardığı bildirilir.

MƏNBƏ:TRT
Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb