Misir Səhiyyə və Əhali Nazirliyinin açıqlamasında Qahirə-Əsvan dəmir yolu xəttində baş verən qəzada yeddi nəfərin öldüyü, 112 nəfərin isə yaralandığı bildirilib.
Bəyanatda qeyd olunub ki, ölüləri və yaralıları xəstəxanalara aparmaq üçün 72 təcili yardım maşını cəlb edilib və yaralılardan 45-i müalicə aldıqdan sonra evə buraxılıb.
TÖVSİYƏ EDİLƏN
Digər tərəfdən, Misir Milli Dəmir Yollarının açıqlamasında Gizadan Fayum istiqamətində hərəkət edən 134 nömrəli qatarın Qahirədən Əsvana hərəkət edən 2010 nömrəli sərnişin qatarının arxa vaqonu ilə toqquşduğu bildirilib.
Qəza səbəbindən Qahirə-Əsvan dəmir yolu xəttində qatar xidmətləri hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
























