SİYASƏT
1 dəqiqə oxuma
H.Fidan ilə A.Əraqçi arasında telefon danışığı baş tutub
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyin azaldılmasının yolu kimi danışıqların əhəmiyyətini vurğulayıblar
H.Fidan ilə A.Əraqçi arasında telefon danışığı baş tutub
H.Fidan ilə A.Əraqçi arasında telefon danışığı baş tutub / Reuters
14 yanvar 2026

Yanvarın 14-də (bu gün) Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı davam edən regional gərginliyin azaldılmasına yönəlik atıla biləcək addımları müzakirə olunub. Hakan Fidan regional gərginliyin azaldılması baxımından danışıqların mühüm rol oynadığını xüsusi olaraq qeyd edib.

Qeyd edək ki, bu əlaqə iki xarici işlər nazirinin yanvarın 13-də keçirdikləri görüşdən sonra son 24 saat ərzində baş tutan ikinci təmas olub.

Xəbər verildiyi kimi, İran ötən aydan bəri milli valyuta olan rialın kəskin dəyər itirməsi və pisləşən iqtisadi şərait fonunda etiraz dalğası ilə üzləşib. Etirazlar dekabrın 28-də Tehranda başlayıb və sonradan bir neçə başqa şəhərə də yayılıb.

Hökumət rəsmiləri baş verənləri “iğtişaşlar” və “terror fəaliyyəti” kimi qiymətləndirərək ABŞ və İsraili bu prosesləri dəstəkləməkdə ittiham ediblər.

Rəsmi mənbələr tərəfinfən həlak olanlarla bağlı rəqəmlər açıqlanmasa da, ABŞ mərkəzli bir insan hüquqları təşkilatı təhlükəsizlik qüvvələri və etirazçılar da daxil olmaqla 2.550 nəfərin öldüyünü, 1.134-dən çox şəxsin isə yaralandığını təxmin edir.

MƏNBƏ:TRT
Araşdırma
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək
Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqları qiymətləndirib
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir''
Rusiya ABŞ-nin təzyiqinin artmasına baxmayaraq Kubaya neft tədarükünü davam etdirəcəyi vədini verib
Volodimir Zelenski döyüşlərdə 55 min Ukrayna hərbçisinin həlak olduğunu açıqladı
R.T.Ərdoğan: "Türkiyə dövləti İran–ABŞ arasında vasitəçi olmağa hazırdır"
Azərbaycan və Ermənistan ticarət əlaqələrini genişləndirmək barədə razılığa gəliblər
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək
Polşada hərbi bazanın yaxınlığına pilotsuz uçuş aparatı düşüb
Ər-Riyadda Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu keçirilib
YPG terror təşkilatı Həsəkədə təhlükəsizlik qüvvələrini qarşılayan 23 suriyalını saxlayıb
Almaniya kansleri avropalıları daha müstəqil olmağa çağırıb
Piter Mandelson Epşteynlə əlaqələrinə görə Leyboristlər Partiyasından istefa verib
İran ABŞ ilə artan gərginliyi azaltmaq üçün diplomatik yolları nəzərdən keçirir
İsrail ABŞ-nin İrana hücum etməsini istəyir, Tramp isə sərt diplomatiyaya üstünlük verir
Ayətullah Əli Xamenei: ''İran müharibə istəmir, amma istənilən hücuma sərt cavab verəcək''
İran dövləti ABŞ ilə müharibə ehtimalına qarşı sığınacaqlar müəyyənləşdirir
Türkiyə dövləti İsrailin Qəzzaya hücumlarını və atəşkəs pozuntularını pislədi
İndoneziyada baş verən torpaq sürüşməsində ölənlərin sayı 64-ə çatıb