TÜRKİYƏ
1 dəqiqə oxuma
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə tərəfi birgə müdafiə müqaviləsinin hər hansı bir üçüncü ölkəyə qarşı yönəlmədiyini vurğulayıb
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Duran sazişin üç ölkə arasında qardaşlığı və strateji əməkdaşlığı dərinləşdirəcəyinə ümid edir.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli müdafiə müqaviləsinin strateji əməkdaşlığı gücləndirdiyini, kollektiv təhlükəsizliyi və hərbi qarşılıqlı fəaliyyəti artırdığını bildirib.

Burhanəddin Duran "NSosyal" sosial media platformasında etdiyi paylaşımda qeyd edib:

"Məkkə müdafiə sazişi heç bir ölkəni hədəf almır. Bu saziş üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirməsini gücləndirəcək, müdafiə sənayesi əməkdaşlığını və hərbi qarşılıqlı fəaliyyətini inkişaf etdirəcək, bölgəmizdə sülhün və sabitliyin qorunmasına əhəmiyyətli töhfələr verəcək.

Bu saziş ölkələrin ortaq tarixini, dərin köklü qardaşlıq əlaqələrini və strateji həmrəylik iradəsini möhkəmləndirən tarixi bir addımdır".

O, həmçinin vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclənən Türkiyə mürəkkəbləşən qlobal təhlükəsizlik mühitində dost və qardaş ölkələrlə strateji əməkdaşlıq çərçivəsində regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verməkdə qərarlıdır.

Burhanəddin Duran əlavə edib ki, nümayiş etdirilən bu güclü iradə çətin anlarda çiyin-çiyinə dayanaraq gələcək təhlükəsizlik arxitekturasını həmrəylik içində qurmaq əzmində olan qardaş xalqların konkret təzahürüdür.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib