Konqo Demokratik Respublikası hökumətinin avqustun 18-də gecə saatlarında açıqladığı məlumata görə, ölkədə təsdiqlənmiş “Ebola” xəstələrinin sayı 5 mini aşıb. Səhiyyə rəsmiləri bu ölümcül xəstəliyin nəzarət altına alınmasında göstərilən səylərin yetərsiz olduğu barədə xəbərdarlıq edirlər.
İctimai Səhiyyə İnstitutunun bildirdiyinə görə, ölkədəki 17-ci “Ebola” epidemiyası iyul ayının sonunda yoluxma sayı baxımından tarixin en böyük epidemiyasına çevrilib. Həftə sonuna olan məlumata görə, ölənlərin sayı 2378-ə çatıb.
İnstitut son vəziyyətlə bağlı hesabatında 5021 yoluxma faktı qeydə alıb. Bu göstərici mövcud epidemiyanı həm yoluxma, həm də ölüm sayı baxımından 2014–2016-cı illərdə Qərbi Afrikada baş verən “Ebola” epidemiyasından sonra dünyanın ikinci ən ağır epidemiyasına çevirib.
Qeyd edək ki, mövcud epidemiya təsdiqlənmiş peyvəndi və ya müalicəsi olmayan "Bundibugyo" ştamlı “Ebola” virusundan qaynaqlanır.
Epidemiya 15 may tarixində elan edildikdən bəri daha da sürətlənib. Ölkənin zəif səhiyyə infrastrukturu, əhalinin xəstəliyə qarşı məlumat əksikliyi, ölkədə sabitliyin olmaması kimi səbəblərdən xəstəliyin nəzarətə alınması prosesi ləngiyir.






















