Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə regional məsələlərin, xüsusilə Liviya böhranının müzakirə olunduğu dördtərəfli görüşdə iştirak edib.
TÖVSİYƏ EDİLƏN
Nazirliyin ‘‘NSosyal’’ səhifəsində verilən məlumata görə, toplantıda Misirin xarici işlər naziri Bədr Əbdüləti, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan və ABŞ-nin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Məssəd Fares Bulos da iştirak ediblər. Görüşdə bölgədəki son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

















