TÜRKİYƏ
1 dəqiqə oxuma
Çikaqo meri avqust ayını "Türk Mədəni İrsi Ayı" elan etdi
Qəbul edilən qərar Türkiyə Festivalı Mədəni İrs Konqres Komitəsi tərəfindən məmnuniyyətlə qarşılanıb
Çikaqo meri avqust ayını "Türk Mədəni İrsi Ayı" elan etdi
Çikaqo meri avqust ayını "Türk Mədəni İrsi Ayı" elan etdi / AA

Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi genişmiqyaslı töhfələrə görə avqust ayını rəsmi olaraq “Türk İrsi Ayı” elan edib.

Rəsmi bəyanat Türkiyə Festivalı Mədəni İrs Konqres Komitəsinin sədri Halil Demirə təqdim olunub. Bu qərar türk irsi və mədəniyyətinin Çikaqoda və ondan kənarda getdikcə artan təsirinin tanınması çərçivəsində qəbul edilib.

Bəyanatda türk mədəniyyəti, tarixi, ənənələri, mətbəxi, musiqisi və cəmiyyətə yönəlmiş xidmətlərinin qeyd olunmasının vacibliyi diqqətə çatdırılıb.

Bundan başqa, icmaları bir araya gətirən, həmçinin dostluğu və mədəniyyətlərarası anlaşmanı təşviq edən tədbirlərin mədəni əhəmiyyəti vurğulanıb.

Halil Demir bəyanatı Türkiyə Festivalı Komitəsi adından qəbul edib. O, qəbul edilən bu dərin mənalı qərara görə, mer Brandon Consona və Çikaqo şəhərinə təşəkkürünü bildirib.

Türkiyə Festivalı Komitəsi bu qərarın qürurverici bir hadisə olduğunu qeyd edib. Komitə rəsmiləri bu addımın Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm bir mərhələ təşkil etdiyini vurğulayıblar.

MƏNBƏ:TRT