TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Səfir Əhməd Yıldız qarşılaşdığı çətinliklərin miqyasından asılı olmayaraq Suriyanın doğru istiqamətdə irəliləməyə davam etdiyini deyib
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Əhməd Yıldız "Yaxın Şərqdə vəziyyət" rubrikası çərçivəsində Suriyadakı son prosesləri müzakirə etmək üçün toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edib.

Səfir çıxışında deyib: "İllərlə davam edən amansız münaqişələrdən sonra 24 dekabrdan bəri Suriya xalqının nümayiş etdirdiyi dözümlülük bizə gələcək üçün ümid verir". Ə.Yıldız Suriyanın qarşılaşdığı böyük çətinliklərə baxmayaraq doğru yolda irəliləməyə davam etdiyini qeyd edib.

Ə.Yıldız ölkənin normallaşma prosesi istiqamətində atılan sevindirici addımlara nümunələr göstərib. O, Xalq Məclisinin tamfəaliyyətli qanunverici orqana çevrilməsini və məclisin Əsəd dövrünə aid terrorizm məhkəməsinin ləğvi haqqında qanun layihəsini yekdilliklə təsdiqləməsini bu addımlardan biri kimi qiymətləndirib.

Bununla yanaşı, Suriyanın təhlükəsizlik problemlərinin davam etdiyinə diqqət çəkən Ə.Yıldız deyib: "Suriya hökumətinin DEAŞ terror təşkilatının tamamilə məğlub edilməsi üçün beynəlxalq tərəfdaşlarla birgə işləmək səylərini məmnunluqla qarşılayırıq. Həmçinin qlobal koalisiya ilə əməkdaşlıq yolu ilə nümayiş etdirilən qətiyyəti də yüksək qiymətləndiririk".

Ə.Yıldız fikrini bu sözlərlə davam etdirib: "DEAŞ öz strategiyasını sahədəki yeni reallıqlara uyğunlaşdırır. Bu səbəbdən Suriyanın dəyişən təhlükəyə qarşı dura biləcək güclü və peşəkar təhlükəsizlik qurumlarına ehtiyacı var. Bu qurumların potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin davam etməsi mütləqdir".

 

"(İsrailin) məsuliyyətsiz əməlləri dayandırılmalıdır"

İsrailin Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozmasının ölkədəki müsbət irəliləyişlərə mane olduğunu vurğulayan Ə.Yıldız deyib: "Vəziyyət xüsusilə Suriyanın cənubunda narahatlıq yaradır. Burada İsrailin davam edən hərbi müdaxilələri, ekspansionist əməlləri və apardığı müharibələri nəzarətdən çıxır".

Ə.Yıldız deyib: "Bu məsuliyyətsiz əməllər dayandırılmalıdır. İsrail 1974-cü il sazişinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, xüsusilə 497 saylı qətnaməyə tam əməl etməlidir. O, işğal altındakı Suriya torpaqları olan Qolan təpələrindən geri çəkilməlidir".

Sərhədlərini qoruya bilən, regional sülhə və iqtisadi əməkdaşlığa töhfə verən sabit və suveren Suriyanın İsrail də daxil olmaqla herkesin mənafeyinə xidmət edəcəyini bildirən Ə.Yıldız sözlərini belə tamamlayıb: "Türkiyə Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə olan sadiqliyini qətiyyətlə davam etdirir. Sabit, təhlükəsiz və çiçəklənən Suriya üçün regional və beynəlxalq tərəfdaşlarımızla çalışmağa davam edəcəyik".

MƏNBƏ:TRT