Nyu-York Federal Məhkəməsinin hakimi Cennifer Roşon ABŞ Prezidenti Donald Trampın siyasətini təbliğ edən və dövlət büdcəsindən maliyyələşdirilən reklamların qadağan edilməsi barədə qərar çıxarıb. Məhkəmə bu reklamların qanunsuz ola biləcəyini bəyan edib.
"Wall Street Journal" qəzetinin məlumatına görə, hakim C.Roşon bu addımı noyabrda keçiriləcək seçkilər ərəfəsində atıb.
Məhkəmə qərarına əsasən, Tramp administrasiyasının siyasətini təbliğ edən reklamların yayımı dərhal dayandırılmalıdır. Hakim həmçinin bildirib ki, hökumət bu reklamların nümayişi və paylanması üçün nəzərdə tutulmuş bütün rezervasiyaları və müqavilələri ləğv etməlidir.
Sentyabr ayından etibarən yayımlanmağa başlayan və Prezident Donald Trampın fəaliyyətini təbliğ edən sözügedən reklam çarxlarının federal resurslar hesabına maliyyələşdirildiyi bildirilir.






















