Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə Seula rəsmi səfər edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğanı Seuldakı Sonnam hərbi hava bazasında Cənubi Koreyanın ticarət naziri Park Cunq-sunq və digər rəsmi şəxslər qarşılayıblar.
Noyabrın 4-dək davam edəcək səfər proqramı çərçivəsində Türkiyə dövlət başçısının noyabrın 3-də Cənubi Koreya Prezidenti Li Ce Myunq ilə təkbətək görüş keçirməsi nəzərdə tutulub.
Dördgünlük səfər zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri ətraflı müzakirə olunacaq, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması planlaşdırılır.





















