DÜNYA
2 dəqiqə oxuma
Çin Kabilə hücumdan sonra Pakistan və Əfqanıstanı təmkinli olmaq çağırıb
Rəsmi Pekin Əfqanıstanın Pakistanın ölkə ərazisinə hücum etməsi ilə bağlı iddialarından sonra tərəflər arasında görüş keçirilməsinə çağırıb
Çin Kabilə hücumdan sonra Pakistan və Əfqanıstanı təmkinli olmaq çağırıb
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan / Reuters

Çin bu gün (17 mart 2026) Əfqanıstanın Pakistanı paytaxt Kabildə ölümcül hava hücumları təşkil etməkdə ittiham etməsindən sonra, hər iki ölkəni təmkinli davranmağa və dialoqa qayıtmağa çağırıb.

Əfqanıstan hökuməti iddia edib ki, Pakistan hava hücumları zamanı, martın 16-da saat 21:00 (GMT 16:30) radələrində Kabildəki 2 min çarpayılıq "Omid" narkotik asılılığı olanların reabilitasiya mərkəzini vurub və azı 400 nəfər ölüb.

Pakistan isə bu ittihamı rədd edərək, Kabil və şərqdəki Nəngərhar vilayətində yerləşən əfqan hərbi obyektlərini və sursat anbarlarını hədəf aldığını bildirib.

Kabil və İslamabadın iddiaları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan gərginliyin artması ilə əlaqədar Pekinin hər iki tərəfin daha çox qarşıdurmadan qaçacağına və dialoqu davam etdirəcəyinə ümid etdiyini söyləyib.

Münaqişə əvəzinə dialoq

Lin Pekində jurnalistlərə açıqlamasında: "Əfqanıstan və Pakistan hər zaman qonşu olublar və olacaqlar. İki ölkə arasındakı problemləri həll etməyin yeganə keçərli yolu dialoq və danışıqlardır", - deyib. Çinli sözçü əlavə edib: "Çin hər iki ölkənin sakit qalmasını, təmkin nümayiş etdirməsini və fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək üçün ən qısa zamanda üz-üzə görüşlərə başlamasını ümid edir".

Çinin hər iki tərəfi bölgədəki Çin personalının, qurumlarının və layihələrinin təhlükəsizliyini təmin etməyə çağırdığını bildirən Lin Pekinin gərginliyi azaltmağa kömək etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Əfqanıstan və Pakistan arasındakı münasibətlər, sərhəd gərginliyinin artması, can itkilərinə və fiziki ziyana səbəb olması ilə son həftələrdə pisləşib.

Ölümcül sərhəd toqquşmaları

Fevralın sonundan bəri baş verən transsərhəd toqquşmalarda hər iki tərəfdən azı 107 nəfər ölüb; Pakistanda 13 hərbçi və 5 mülki şəxs həlak olub, bir əsgər isə hələ də itkindir. Kabilin məlumatına görə, martın 16-da baş verdiyi iddia edilən son itkilər istisna olmaqla, Əfqanıstanda 13 hərbçi və 76 mülki şəxs həyatını itirib.

BMT məlumatlarına görə, 26 fevral və 5 mart tarixləri arasında Əfqanıstanda birbaşa olmayan atəş və hava hücumları nəticəsində 56-sı ölüm olmaqla, cəmi 185 mülki itki qeydə alınıb.

Pakistan Əfqanıstanı İslamabad əleyhinə olan terrorçu qruplaşmalara sığınacaq verməkdə ittiham etsə də, Kabil bu iddiaları rədd edir.

Çinin Xarici İşlər naziri Van Yi hər iki ölkədəki həmkarları ilə danışıqlar aparıb, həmçinin xüsusi elçi Yue Syaoyonqu bölgəyə ezam edib.

Hindistan isə Pakistanın hücumunu qətiyyətlə pislədiyini bəyan edib.

Araşdırma
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb