SİYASƏT
2 dəqiqə oxuma
İki ildir sürən müharibənin dinamikasında görünməmiş hücum
RSF dronları Südan limanına hücum etdi
İki ildir sürən müharibənin dinamikasında görünməmiş hücum
Port Sudan, once safe, becomes a new target in Sudan’s ongoing conflict. / Reuters

İlk dəfə olaraq RSF döyüşçüləri Sudan limanındakı obyektlərə dron zərbəsi endirdi ki, bu, 2 ildir davam edən müharibənin dinamikasında görünməmiş çox ciddi bir hadisədir

  Sudanın paramilitar Təcili Dəstək Qüvvələri (RSF) Port Sudan Hava Limanı yaxınlığında yerləşən hərbi hava bazasına və digər obyektlərə pilotsuz uçuş aparatları ilə hücum edib. Bu barədə mayın 4-də Sudan ordusu Mətbuat Xidməti məlumat verib.

  Hücumlar nəticəsində insan ölümü qeydə alınmayıb.

  RSF sözügedən hadisə ilə bağlı heç bir açıqlama verməyib.

  Sudan ordusu Osman Diqna hava bazasını və Port Sudan şəhərindəki mülki infrastrukturu hədəf alan pilotsuz uçuş aparatlarını vurub. “Düşmən Osman Diqna hava bazasını, mal anbarını və Port Sudandakı bəzi mülki obyektləri pilotsuz uçuş aparatları ilə hədəf aldısa da, hava müdafiə qüvvələri bir neçə PUA-nı vurmağa müvəffəq oldu”, - deyə ordu sözçüsü Nabil Abdullah bildirib. O qeyd edib ki, bəzi pilotsuz uçuş aparatları “məhdud zərər” versə də, yaralanma halı olmayıb.

  Xatırladaq ki, RSF son bir neçə ay ərzində Sudan ordusunun nəzarətində olan mərkəzi və şimal bölgələrdəki elektrik stansiyalarını vurub, lakin bu hücumlar ciddi tələfatla nəticələnməyib.

  Port Sudana edilən pilotsuz uçuş aparatları hücumları Sudan ordusu ilə RSF arasında 2 ildir davam edən münaqişədə mühüm dəyişiklik sayılır.

Dünyanın ən ağır humanitar böhranı

  Şərq bölgələri, çox sayda məcburi köçkünə sığınacaq verən ərazilər indiyə qədər bombardmandan uzaq qalmışdı.

  Hal-hazırda Sudan ordusu Port Sudandakı mühüm obyektlərin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib, prezident aparatına və ordu komandanlığına gedən yolları bağlayıb.

  Port Sudan əsas hava limanı, ordu qərargahı və dəniz limanının olduğu və müharibədən əziyyət çəkən ölkədə ən təhlükəsiz yer kimi qəbul olunurdu.

  Mart ayında ordu RSF-i Sudan paytaxtı Xartumda son mövqelərindən çıxardı. Lakin paramilitar RSF Nil çayının qarşı tərəfində yerləşən Omdurmanda bəzi əraziləri nəzarətdə saxlayır və qərbi Sudanda mövqelərini gücləndirərək ölkəni rəqib zonalara bölüb.

  Ordu ilə RSF arasındakı münaqişə etnik zorakılıq dalğalarını alovlandırıb və Birləşmiş Millətlər Təşkilatının “Dünyanın ən ağır humanitar böhranı” adlandırdığı vəziyyəti yaradıb. Bir neçə bölgə aclıqla üzləşib.

  Müharibə 2023-cü ilin aprelində ordu ilə RSF arasında mülki idarəetməyə keçid planı öncəsi yaranan hakimiyyət mübarizəsi fonunda başlayıb.

  Bu münaqişə Xartumun böyük hissəsini məhv edib, 12 milyondan çox sudanlını evlərindən didərgin salıb və 50 milyonluq əhalinin təxminən yarısını kəskin aclıqla üz-üzə qoyub.

 

MƏNBƏ:trt global
Araşdırma
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib