DÜNYA
1 dəqiqə oxuma
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
İsrailin "Calcalist" qəzetində dərc olunan məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vaşinqtonda və ərəb dünyasında təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirdiyi qeyd olunub
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktyora çevirib''

İsrailin "Calcalist" qəzetində dərc olunan məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vaşinqtonda və ərəb dünyasında təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirdiyi qeyd olunub.

Məqalədə bildirilir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyəni Yaxın Şərqdə əsas söz sahibinə, İsrail üçün isə regionda getdikcə güclənən rəqibə çevirib. Yazıda Təl-Əviv ilə Ankara arasındakı münasibətlərin daha da pisləşdiyi, iqtisadi, ticarət və aviasiya əlaqələrinin demək olar ki, tamamilə dayandığı vurğulanır. Həmçinin Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadən İsraillə ticarətin 2024-cü ilin may ayından etibarən dayandırıldığı diqqətə çatdırılıb.

Yazıda Prezident R.T. Ərdoğanın bölgədəki mövqeyini daha da gücləndirdiyi qeyd olunur. Bildirilir ki, iki ölkə arasındakı gərginlik artıq təkcə Qəzzayla məhdudlaşmır, həm də Suriyaya yayılıb.

Məqalədə Suriya ilə bağlı məqamlara toxunularaq bildirilir ki, 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra Türkiyə Dəməşqin əsas dəstəkçilərindən birinə çevrilib. Qeyd olunur ki, Ankara Suriya rəhbərliyinə təhlükəsizlik məsələlərində yardım edir, iqtisadi əlaqələri gücləndirməyə çalışır və qarşıdakı iki ildə ikitərəfli ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir.

Məqalədə Türkiyənin diplomatik uğurlarına da diqqət çəkilərək, rəsmi Ankaranın ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza Sülh Komitəsinin təsisçilərindən biri olduğu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanı ilə Məkkə Birgə Müdafiə Sazişini imzaladığı xatırladılıb.